Günün hadisələri yuxularda necə əks olunur ARAŞDIRMA
Lent az saytına istinadən Icma.az xəbər verir.
Gün ərzində güclü stress yaşayan insanlar yuxularında daha çox mənfi emosiyalarla qarşılaşırlar. Yeni araşdırmada xüsusilə yaxınlarla münasibətlərdən və maddi problemlərdən qaynaqlanan gərginliyin yuxulara təsiri diqqət çəkib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırmada 17-61 yaş aralığında 65 nəfər iştirak edib. Onlar iki həftə ərzində gördükləri yuxuları gündəliklərinə yazıblar, ümumilikdə 276 yuxu qeydə alınıb.
Yuxuların 39 faizində qorxu, kədər, qəzəb və digər mənfi emosiyalar müşahidə olunub. İştirakçılar yuxuların təxminən 11 faizini kabus kimi qiymətləndiriblər.
Tədqiqatçılar gündəlik həyatda stress səviyyəsi yüksəldikcə yuxulardakı mənfi emosiyaların da gücləndiyini müəyyənləşdiriblər. Yaxınlarla münasibətlərə və maliyyə çətinliklərinə görə yaşanan narahatlıqla bu emosiyalar arasında əlaqə daha aydın olub.
Bununla belə, yaxınlardan dəstək almaq və müsbət düşünmək kimi stresslə mübarizə üsullarının yuxuların emosional məzmununa statistik baxımdan əhəmiyyətli təsiri aşkarlanmayıb. Alkoqol və siqaret istifadəsi ilə bağlı da belə bir təsir qeydə alınmayıb. Bu nəticə həmin vərdişlərin faydalı və ya zərərsiz olduğu demək deyil.
Alimlər nəticələrin əlavə araşdırmalarla yoxlanılmalı olduğunu vurğulayıblar. Çünki tədqiqat iştirakçıların öz qeydlərinə əsaslanıb, iştirakçı sayı az olub və onların əksəriyyətini gənc tələbələr təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 05 Oktyabr 2026 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















