Icma.az
close
up
RU
“Gunvor” “Lukoil”in xarici aktivlərinin alınması üzrə təklifini geri götürüb

“Gunvor” “Lukoil”in xarici aktivlərinin alınması üzrə təklifini geri götürüb

Icma.az, Apa.az saytına istinadən bildirir.

Beynəlxalq neft ticarəti şirkəti “Gunvor Group”, ABŞ Maliyyə Nazirliyinin (Xəzinədarlıq Departamenti) ona biznes fəaliyyəti üçün lisenziya verməkdən imtina etməsi ilə bağlı bəyanatından sonra, “Lukoil”in xarici aktivlərinin alınması üzrə təklifini geri götürdüyünü açıqlayıb.

APA-Economics” xəbər verir ki, bu barədə şirkət “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“ABŞ Xəzinədarlıq Departamentinin “Gunvor” barədə bəyanatı tamamilə yalnış və həqiqətə zidddir. Gunvor hər zaman öz mülkiyyət strukturu və biznes fəaliyyəti barədə açıq və şəffaf olub, artıq on ildən çoxdur ki, Rusiyadan məqsədyönlü şəkildə uzaqlaşıb, sanksiyalara uyğun olaraq ticarəti dayandırıb, Rusiyadakı aktivlərini satıb və Ukraynada aparılan müharibəni açıq şəkildə pisləyib. Biz bu aydın anlaşılmazlığın aradan qaldırılması imkanını alqışlayırıq. Bu müddətdə Gunvor “Lukoil”in beynəlxalq aktivlərinin alınması üzrə təklifini geri götürür”, - paylaşımda qeyd olunub.

ABŞ Maliyyə Nazirliyi əvvəlcə bəyan edib ki, Ukraynadakı münaqişə başa çatana qədər “Gunvor”a biznes fəaliyyəti göstərmək və mənfəət əldə etmək imkanı verəcək lisenziyanı vermək niyyətində deyil. Nazirlik hansı lisenziyanın nəzərdə tutulduğunu dəqiqləşdirməyib. Həmçinin, qurum “Gunvor”un Rusiyanın nəzarəti altında olduğunu iddia edib.

Bu yaxınlarda "Lukoil" rəsmi məlumat yayıb ki, onun xarici aktivlərinə sahib olan törəmə şirkəti Lukoil International GmbH-ni almaq üçün “Gunvor Group” tərəfindən rəsmi təklif alınıb. Məlumata əsasən, “Lukoil” “Gunvor Group” ilə artıq əsas şərtləri razılaşdırıb və digər potensial alıcılarla danışıqlar aparmayacağını öhdəliyə götürüb.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi 22 oktyabr tarixində “Lukoil” və onun 50%-dən çox paya sahib olduğu törəmə şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Onlarla olan bütün əməliyyatlar 21 noyabr tarixinədək başa çatdırılmalıdır. Avropa İttifaqı isə 23 oktyabrda açıqlanan 19-cu sanksiya paketinin çərçivəsində Dubayda yerləşən “Lukoil”un ticarət bölməsi “Litasco Middle East DMCC”yə qarşı məhdudiyyətlər tətbiq edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://apa.az
archiveBu xəbər 07 Noyabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri