Icma.az
close
up
RU
“SOCAR Petroleum S.A” “Lukoil”in Rumıniyadakı aktivlərinin alınması ilə bağlı fikir bildirib

“SOCAR Petroleum S.A” “Lukoil”in Rumıniyadakı aktivlərinin alınması ilə bağlı fikir bildirib

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Rumıniyada aktivlərin alınması ilə bağlı hər hansı strateji qərar SOCAR-ın bu ölkədə fəaliyyət göstərən “SOCAR Petroleum S.A” törəmə çirkətinin səlahiyyətində deyil.

APA-Economics” xəbər verir ki, bu barədə SOCAR-ın Rumıniyada Rusiyanın iri neft şirkətlərindən biri olan “Lukoil”in aktivlərini almaq niyyəti olub-olmaması barədə “SOCAR Petroleum S.A”nın (SOCAR-ın Rusmıniyadakı törəmə şirkəri) rəhbəri Ramin Əliyev “hotnews.ro” nəşrinə müsahibəsində bildirib.

Qeyd edək ki, SOCAR 2011-ci ildə törəmə şirkəti “SOCAR Petroleum S.A.” şirkəti vasitəsilə Rumıniya bazarına daxil olub və ölkə üzrə yanacaqdoldurma stansiyaları şəbəkəsini inkişaf etdirir.

“Biz Rumıniyada yanacağın paylanması bazarının artacağını nəzərə alırıq. Bu, bazarın real ehtiyaclarına əsaslanan bir tendensiyadır. SOCAR bazardan daha sürətli böyümək niyyətindədir. Məqsədimiz 6% bazar payına çatmaqdır və bu istiqamətdə çalışırıq”, - Ramin Əliyev qeyd edib.

O əlavə edib ki, SOCAR Rumıniya hər il yeni yanacaqdoldurma stansiyaları inşa edir və bu sahəyə investisiyaları artırır. Hazırda şirkətin 87 məntəqəsi (YDM) var, gələn il isə sayı 100-ə çatacaq: “Strateji hədəfə çatmaq üçün stansiyaların sayını ikiqat artırmaq lazımdır”.

Ramin Əliyevin sözlərinə görə, Rumıniyada 19 milyon əhaliyə cəmi 2 500 yanacaqdoldurma məntəqəsi mövcuddur, halbuki 6,4 milyon əhalisi olan Bolqarıstanda 3 000-dən çox YDM var.

“Rumıniya mühüm tranzit bölgəsidir. Məsələn, keçən il Avstriyada təxminən 7,42 milyon qeydiyyatdan keçmiş avtomobil vardı. Rumıniyada 2024-cü ilin sonuna təxminən 11 milyon avtomobil qeydiyyatdan keçib. Avstriyada təxminən 2 800 YDM var, Rumıniyada isə təxminən 2 500. Rumıniyada Avstriyadan 32% çox avtomobil var, lakin 300 YDM azdır. Fərq açıqdır və artım üçün böyük potensialın olduğunu başa düşürük”, - SOCAR-ın nümayəndəsi əlavə edir.

Lakin Ramin Əliyev SOCAR qrupunun Rumıniyadakı “Lukoil” aktivlərini almaq istəyib-istəməməsi barədə sualı cavabsız qoyub:

“Komandamız fəaliyyət göstərdiyimiz bazarın təhlilini SOCAR qrupuna təqdim edir, bu normaldır, lakin yeni aktivlərin alınması ilə bağlı hər hansı strateji qərar bizim səlahiyyətimiz xaricindədir və buna görə də şərh verə bilmirik”, – deyə o bildirib.

Onu da əlavə etmək lazımdır ki, neft məhsulları sahəsində “Lukoyl” şirkətini Rumıniyanın Ploeşti şəhərində yerləşən “Petrotel” neft emalı zavoduna malikdir. Lakin şirkətlər yalnız yanacaqdoldurma məntəqələrinin alınmasına maraq göstərirlər, çünki NEZ onlarda maraq doğurmur - səbəb isə buradakı avadanlığın köhnəlməsi və zavodun böyük investisiyalar tələb etməsidir.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi 22 oktyabr tarixində “Lukoil” və onun 50%-dən çox paya sahib olduğu törəmə şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Onlarla olan bütün əməliyyatlar 21 noyabr tarixinədək başa çatdırılmalıdır. Avropa İttifaqı isə 23 oktyabrda açıqlanan 19-cu sanksiya paketinin çərçivəsində Dubayda yerləşən “Lukoil”un ticarət bölməsi “Litasco Middle East DMCC”yə qarşı məhdudiyyətlər tətbiq edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Noyabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri