Icma.az
close
up
RU
Günvurmadan necə qorunaq? Həkim danışdı

Günvurmadan necə qorunaq? Həkim danışdı

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

İsti, yüksək temperaturlu havada  günvurma halları xüsusilə diqqət tələb edən məsələdir, çünki yüksək temperatur yalnız yaşlı və körpələr üçün deyil, həm də gənc işçilər və aktiv həyat tərzinə malik şəxslər üçün ciddi təhlükə yaradır. 

Günvurma zamanı bədən temperaturu 40 °C və ya daha yüksək dərəcəyə qalxır, bu isə beyin və ürək-damar sistemində ciddi pozğunluqlara yol aça bilər.

Hər il yüzlərlə insan bu səbəbdən ciddi sağlamlıq problemləri ilə qarşılaşır. Bəs günvurma riskini necə azalda bilərik? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən tibbi ekspert Adil Qeybulla bildirib ki, günvurma halları ağır nəticələrə səbəb ola bilər: 

“İsti havada ən böyük problemlərdən biri də günvurmadır. Günvurma yüngül olduqda, sanki xəstələrdə qripəbənzər əlamətlər müşahidə olunur. Lakin daha ağır vəziyyət olduqda, günvurma fərqli nəticələrə səbəb ola bilir.

Günvurma hallarında həm günəş, həm də ulturabənövşəyi şüalarının təsiri olur. Lakin burada əsas məsələ istilik tənzimləmə mexanizminin pozulmasıdır. Çünki yüksək temperaturda orqanizmin kompensatur mexanizləri (Orqanizmin kompensator (əvəzetmə) mexanizmləri bədənin zədələnmə və ya xəstəlik nəticəsində pozulmuş funksiyalarını yenidən normallaşdırmağa yönəlmiş təbii reaksiyalardır-red.) işə düşür. Nəticədə damarlar genişlənir, dəridə müxtəlif qızartılar əmələ gəlir. Günvurma hallarında təzyiq aşağı düşür, şəxs huşunu itirir”. 

A.Qeybulla qeyd edib ki, günvurma hallarından qorunmaq üçün insanlar diqqətli olmalıdır: 

“Günvurma əlamətlərini hiss edən insanlar dərhal sərin yerlərə keçid etməlidir. Əl- üzünə su vurulmalı, soyuq maye qəbul etməlidir. Günəşli havada insanlar evdən çıxarkən baş örtükləri, eynək və s. vasitələrdən istifadə olunmalıdır. Yaşlı, xəstə insanlar günəşli havaya çıxarkən mütləq diqqətli olmalıdır”. 

Gülər 
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 İyul 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri