Icma.az
close
up
RU
Gürcü politoloq: “Ermənistan Azərbaycan ərazilərində basdırdığı minaların xəritəsini vermirsə demək o, hələ də terroru dəstəkləyir

Gürcü politoloq: “Ermənistan Azərbaycan ərazilərində basdırdığı minaların xəritəsini vermirsə demək o, hələ də terroru dəstəkləyir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Tbilisi, 8 aprel, AZƏRTAC

Müharibədən sonra təcavüzkar ölkə minalanmış ərazilərlə bağlı xəritə və digər sxemləri təhvil verməlidir. Əgər o bunu etmirsə, deməli hələ də, qisas və ya terror arzusu ilə yaşayır. Yəni, işğal etdiyi ərazilərə mina və digər partlayıcılar basdırmış dövlət müharibədən sonra konkret addımlar atmalıdır və minalanmış ərazilərin xəritəsini digər tərəfə təqdim etməlidir. Əks halda bu, qarşıda daha ciddi problemlərin olacağından xəbər verir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq, David Kuxalaşvili söyləyib.

Onun sözlərinə görə, əgər hələ də istifadə olunmayan ərazilərdə minalar və partlayıcı qurğular varsa, bu, yatmış terrorizm deməkdir.

Politoloq deyib: “Mən işğaldan azad olunmuş, lakin hələ də minalardan təmizlənməmiş əraziləri nəzərdə tuturam və burada söhbət konkret olaraq Azərbaycana aid olan ərazilərdə ermənilər tərəfindən montaj olunmuş partlayıcı qurğulardan gedir. Düzdür, bu partlayıcılardan hələki aktiv istifadə etmək mümkün deyil. Lakin bu o demək deyil ki, təhlükə yoxdur. Əksinə, bu, o deməkdir ki, müharibə və terrorizm bu yolla da hələ də davam edir. Bu minaları konkret ərazilərdə yerləşdirən ölkə partlayıcı qurğuların ərazilərə yerləşdirilməsi ilə bağlı sxemləri, xəritələri təhvil vermirsə bu, o deməkdir ki, həmin dövlət hələ də terrorizmi həyata keçirir. Bu yaxınlarda yenə partlayış hadisəsi baş vermişdi, düzdür, müharibə deyildi, ancaq yenə də bu hadisədə dinc sakinlər zərər gördülər. Bu partlayıcı qurğular yatmış terrorizm olsa da aktiv faza olaraq qalmaqda davam edir” – deyə, Kuxalaşvili vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see522

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see243

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see237

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see236

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see222

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see221

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see220

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see219

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see208

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see200

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see198

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see195

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see195

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see189

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see170

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see166

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see165

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see158

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see153

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri