Gürcüstan 25 xarici vətəndaşı etiraz aksiyalarında iştirak etdiyi üçün deportasiya edib Doğru Xəbərlər
Dogru.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gürcüstan Daxili İşlər Nazirliyi 2024-cü ilin noyabr və dekabr aylarında Tbilisidə etiraz aksiyalarında iştirak etmiş 25 xarici vətəndaşı ölkədən çıxarmağı planlaşdırır.
Bu barədə Gürcüstan departamentinin rəsmi saytında məlumat verilib.
Bu müddətdə 91 əcnəbi ölkədən çıxarılıb ki, onların arasında İran, Əlcəzair, Hindistan, Mərakeş, Misir, İraq, Türkiyə, Azərbaycan, Rusiya, Türkmənistan və digər ölkələrin vətəndaşları da var. Onların bir qismi Gürcüstanı könüllü tərk edib, bir qismi isə zorla qovulub.
Son bir ildə ölkədən çıxarılan əcnəbilərin ümumi sayı 430 nəfər olub ki, bu da 2023-cü illə müqayisədə 126% çoxdur.
Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidzenin hakim partiyanın 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqları gündəliyə daxil etməyi planlaşdırmadığını bəyan etməsindən sonra Gürcüstan parlamentinin binası yaxınlığında etirazlar 2024-cü ilin noyabr ayının sonunda başlayıb.
Bundan əvvəl Tbilisidə etirazçılar Rustaveli prospektində yeni il süfrəsi açıblar.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 04 Yanvar 2025 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















