Gürcüstan B, Türkiyə A liqasına yüksəldi
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2024/25 UEFA Millətlər Liqası pley-off mərhələsinin cavab görüşləri keçirilib. Sport24.az xəbər verir ki, bu oyunlardan sonra hansı komandanın hansı liqada çıxış edəcəyi müəyyənləşib.
Cütlərin qalibləri üst liqaya, məğlub olanlar isə daha aşağı liqaya vəsiqə qazanıb. Türkiyə, Yunanıstan, Serbiya və Belçika A liqasında, Gürcüstan, Kosovo, Sloveniya və İrlandiya isə B liqasında yer alacaqlar.
Azərbaycan millisinin DÇ-2026 seçmə mərhələsindəki rəqibləri Ukrayna və İslandiyanın da növbəti UEFA Millətlər Liqasındakı taleyinə aydınlıq gəlib. Ukrayna B liqasında, İslandiya C liqasında mübarizə aparacaq.
UEFA Millətlər Liqası, pley-off oyunları
A/B liqaları
23 mart
Macarıstan – Türkiyə 0:3
(ilk oyun 1:3)
Serbiya – Avstriya - 2:0
Qollar: Maksimoviç, 56. Vlahoviç, 90.
(İlk oyun – 1:1)
Şotlandiya – Yunanıstan - 0:3
Qollar: Konstantelias, 20. Karetsas, 42. Tsolis, 46.
(İlk oyun – 1:0)
Belçika – Ukrayna - 3:0
(İlk oyun – 1:3)
B və C liqaları
Gürcüstan – Ermənistan - 6:1
Qollar: Haroyan, 4-avtoqol. Mikautadze, 14; 35. Çakvetadze, 23. Kiteişvili, 27. Kvaratsxeliya, 62 – Sevikyan, 48.
(İlk oyun – 3:0)
Sloveniya – Slovakiya - 1:0
Qol: Çelin, 95
(İlk oyun – 0:0)
İslandiya – Kosovo - 1:3
Qollar: Oskarsson, 2 – Muriqi, 35; 45+3; 79.
(İlk oyun – 1:2)
İrlandiya – Bolqarıstan - 2:1
Qollar: Ferquson, 63. İdah, 85 – Antov, 30.
(İlk oyun – 2:1)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 24 Mart 2025 08:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















