Gürcüstan DİN in şöbə rəisinə elektron qolbaq taxılıb
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gürcüstan Daxili İşlər Nazirliyinin yüksək vəzifəli məmuru İosif (Soso) Siqua istefa verib.
Bakıvaxtı.az xəbər verir ki, o, həyat yoldaşının şikayəti üzrə məişət zorakılığında ittiham olunur. İstintaqın qərarı ilə ona elektron qolbaq taxılıb.
İosif Siqua bir müddət öncə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib.
Onun həyat yoldaşı Sofio Siqua-Şatberaşvili ərinin onu dəfələrlə öldürməklə hədələdiyini, başına silah dirədiyini bildirib. Onun sözlərinə görə, zorakılıq hamiləlik dövründə də davam edib və əri onu iz qoymadan vurmağa çalışıb.
Siquaya qarşı 21 fevralda rəsmi mühafizə ordeni verilib.
İosif Siqua bütün ittihamları rədd edərək qadının ona böhtan atdığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 11 İyul 2026 21:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















