Icma.az
close
up
RU
Penitensiar xidmətin Mühafizə alayında hərbi xidmətə qəbulla bağlı müsabiqə elan edilib

Penitensiar xidmətin Mühafizə alayında hərbi xidmətə qəbulla bağlı müsabiqə elan edilib

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayının tabor və bölüklərində, həmçinin qərargah və atıcı tağımında çavuş və gizir heyətinin hərbi xidmətə qəbulu ilə bağlı müsabiqə elan edilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün çavuş və gizir heyəti üzrə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə cavab verən, azı tam orta təhsilli, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmamış, fiziki sağlam, ikili vətəndaşlığı olmayan, digər dövlətlər qarşısında öhdəlikləri olmayan 40 yaşınadək hərbi vəzifəli Azərbaycan Respublikası vətəndaşları dekabrın 16-dan 26-dək müraciət edə bilərlər.

Mühafizə Alayında həqiqi hərbi xidmətə qəbul olunmaq istəyən şəxslərin sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olması Nazirliyin Tibb baş idarəsinin Hərbi-həkim komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə, fiziki hazırlığı isə Komissiya tərəfindən Azərbaycan Respublikası ədliyyə nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qulluğa qəbul edilən şəxslərin fiziki hazırlığının yoxlanılması Qaydaları”na uyğun olaraq yoxlanılır.

Ərizələri tələb olunan sənədlərlə (şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti, hərbi biletin əsli və surəti, tərcümeyi-hal və təhsil haqqında dövlət sənədinin əsli) birlikdə Mühafizə alayının Bakı şəhəri, Nizami rayonu, 8-ci köndələn ünvanında yerləşən inzibati binasında müsabiqə komissiyasına təqdim etmək mümkündür.

Qeyd edək ki, qanunvericiliyin tələblərinə uyğun olaraq aparılan yoxlamaların nəticələrinə əsasən hərbi xidmətə qəbulu mümkün bilinən namizədlərlə müsahibə keçiriləcək və uğur qazanmış namizədlərin təyinat məsələsinə baxılacaqdır.

Maraqlanan şəxslər müsabiqənin keçirilməsi ilə bağlı (012) 514-90-06, (012) 514-90-24 nömrəli telefonlar vasitəsilə əlavə məlumat əldə edə bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://apa.az
archiveBu xəbər 16 Dekabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see229

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see184

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see171

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see141

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see141

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri