Gürcüstan parlamentində müxalif deputatların fəaliyyətinə xitam verilib
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Gürcüstanın sabiq Baş naziri Giorgi Qaxariyanın “Gürcüstan Naminə” partiyasının bütün (12) deputatlarının mandatına vaxtından əvvəl xitam verilib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, müvafiq qərar parlamentin bugünkü sessiyasında qəbul edilib.
Qərara əsas kimi deputatların parlamentin yaz sessiyasının 26 iclasında iştirak etməmələri olub.
“Gürcüstan Naminə” partiyası həmçinin altı ay müddətinə dövlət büdcəsindən maliyyə vəsaiti almaq hüququndan da məhrum edilib.
Xatırladaq ki, parlament bu ilin fevralında 49 müxalif deputatın səlahiyyətinə xitam verib. Bugünkü qərardan sonra Gürcüstan parlamentində müxalif partiyaların fəaliyyətinə son verilib. Müxalifət ötən ilin oktyabrında keçirilən parlament seçkilərinin nəticələrini tanımır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 02 İyul 2025 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















