Gürcüstan prezidenti Parisə səfərindən Tiflisə adi reyslə, ekonomklasda döndü...FOTO
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Gürcüstan prezidenti Salome Zurabişvili Parisə səfərindən sonra Tiflisə adi, müntəzəm reyslə, "ekonom-klas"da, digər sərnişinlərlə birlikdə qayıdıb.
Moderator.az-ın "Newsgeorgia" nəşrinə istinadla verdiyi xəbərdə deyilir ki, sərnişinlər sosial şəbəkələrdə prezidentin təyyarədəki fotolarını yerləşdirərək onun salonuna daxil olanda alqışlarla qarşılandığını vurğulayırlar.
Xatırladılır ki, xanım Zurabişvili Parisdə Notr-Dam kilsəsinin bərpadan sonra açılış mərasimində olub. O, bu səfərdən dünya liderləri ilə Gürcüstandakı vəziyyəti müzakirə etmək üçün istifadə edib. Onun ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Corciya Meloni ilə görüşləri məlumdur. Gürcüstan lideri həmçinin Ukrayna prezidenti Vladimir Zelenskiyə dəstəyini ifadə edib və milyarder İlon Maskla “fikir mübadiləsi aparıb”.
S.Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 09 Dekabr 2024 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















