Icma.az
close
up
RU
Gürcüstan Rusiyaya yaxınlaşır, Avropadan uzaqlaşır POLİTOLOQ

Gürcüstan Rusiyaya yaxınlaşır, Avropadan uzaqlaşır POLİTOLOQ

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

 “Boz kardinal” İvanişvili hakimiyyətdə təsirini saxlayır

 Gürcüstan ilə Avropa İttifaqı arasında münasibətlərdə gərginlik yeni mərhələyə qədəm qoyur. Tbilisinin Avropa inteqrasiyası yolunda uzun illərdir etdiyi çağırışlar və səylər fonunda, Avropa Parlamentinin Gürcüstana dair son tənqidi hesabatı ölkənin siyasi rəhbərliyi tərəfindən sərt şəkildə rədd edilib. Baş nazir İrakli Kobaxidzenin “Avropa Parlamenti SSRİ-nin Ali Sovetindən fərqlənmir” kimi kəskin ifadələri isə Gürcüstanın Qərb təsisatları ilə gələcək münasibətlərini sual altına salır: “Avropa Parlamentinin qətnamələri bizi qətiyyən maraqlandırmır. Sovet institutunu xatırladan varsa, o da təəssüf ki, bu gün SSRİ-nin Ali Şurasından heç nə ilə fərqlənməyən Avropa Parlamentidir”.

O, Avropa Parlamentində vəziyyətin çox acınacaqlı, narahatedici və faciəvi olduğunu bildirib. “Ümid edirəm ki, bərpa prosesi və dəyişikliklər ilk növbədə Avropa Parlamentini əhatə edəcək”.

Qeyd edək ki, ötən gün Avropa Parlamentinin Xarici əlaqələr komitəsində Gürcüstana dair tənqidi hesabat təsdiqlənib.


Milli Cəbhə Partiyası sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında deyib ki, Gürcüstan əvvəlki hökumətin dövründə Qərb strukturlarına inteqrasiya prosesində mühüm irəliləyişlər əldə etmiş, xüsusən də Avropa İttifaqı və NATO ilə münasibətlərdə yeni mərhələyə qədəm qoymuşdu. Lakin son illərdə rəsmi Tbilisinin xarici siyasət kursunda müşahidə olunan dəyişikliklər ölkənin strateji oriyentasiyasında ciddi suallar doğurur: 


"Hazırkı Gürcüstan hökuməti isə  Avropaya inteqrasiyadan tədricən uzaqlaşaraq Rusiyaya yaxınlaşma meyli göstərir. Bu da Avropa İttifaqı və digər qərb institutları tərəfindən tənqidlə qarşılanır. Avropa Parlamentinin Gürcüstana dair təsdiqlədiyi tənqidi hesabat da göstərir ki, qərb bu dəyişiklikləri regionun demokratik gələcəyi üçün ciddi təhdid hesab edir. Hökumətin apardığı bu siyasət nəticəsində Gürcüstanda demokratik institutların zəiflədilməsi halları müşahidə olunur ki, bu prosesin arxasında da “boz kardinal”, hakimiyyətə de-fakto təsir gücünü saxlayan milyarder Bidzina İvanişvili dayanır. Gürcü xalqı isə bu prosesdən narazı olsa da, ölkədə vahid müxalifətin dayaqları xeyli dərəcə zəiflədildiyi üçün artıq hökumətə qarşı çıxışlar da müşahidə edilmir”.


Politoloqun sözlərinə görə, Gürcüstanın qərbyönümlü siyasət yeritdiyi dövrlərdə ölkəyə xarici investisiyalar axını artıb, ticarət əlaqələri genişlənib və makroiqtisadi sabitlik təmin edilmişdi:

" Lakin rəsmi Tbilisinin Avropadan uzaqlaşması bu tendensiyanın geriyə dönməsinə səbəb olacaq. Qərblə münasibətlərin kəskinləşməsi fonunda enerji, turizm, kənd təsərrüfatı və nəqliyyat kimi əsas sahələrdə böhran potensialı formalaşa bilər. Bir sözlə, Tbilisinin Avropa ilə əlaqələri zəiflədərək Rusiyaya yönəlməsi Gürcüstanın gələcəyini təhlükə altına alır. Bu siyasət demokratik dəyərlərin deqradasiyasına, sosial narazılığın artmasına və iqtisadi geriləməyə səbəb ola bilər. Gürcüstan üçün yeganə çıxış yolu, xalq iradəsinə və demokratik prinsiplərə əsaslanan balanslı, Qərbə inteqrasiya yönümlü və regional təhlükəsizliyi nəzərə alan siyasətə geri dönüşdür”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 İyun 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri