Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

Gürcüstan üçün aktual olan köhnə gündəlik

Gürcüstan üçün aktual olan köhnə gündəlik

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qonşu ölkədə xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir

Rəsmi Tbilisi son vaxtlarda ölkənin milli maraqlarının qorunması istiqamətində bir sıra qətiyyətli addımlar atıb. “Gürcü Arzusu” Partiyasının qurduğu hökumət müstəqillik və suverenlik prinsiplərindən çıxış etməklə bu qəbildən olan fəaliyyətlərini davam etdirir. Bu günlərdə hakim partiya parlamentdə “Xarici təsirin şəffaflığı haqqında”, “Xarici agentlər haqqında”, eləcə də ailə dəyərlərinin qorunmasını özündə ehtiva edən qanunların qəbul edilməsinin ardınca yeni qanunvericilik təşəbbüsü ilə çıxış edib. Bu dəfə söhbət Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydaların sərtləşdirilməsindən gedir. Artıq parlamentin Hüquqi Məsələlər Komitəsi “Gürcü Arzusu” fraksiyası tərəfindən irəli sürülən qanunvericilik təşəbbüsü çərçivəsində “Qrantlar haqqında” və əlaqəli digər qanunlara təklif olunan dəyişikliklər paketini birinci oxunuşda müzakirə edərək dəstəkləyib.

Milli dövlətçilik üçün real təhdidlər

Əslində, parlamentin müzakirəsinə təqdim olunan məsələni Gürcüstan üçün bu gün də çox aktual olan köhnə gündəlik kimi səciyyələndirmək daha doğru olardı. Çünki artıq neçə illərdir ki qonşu dövlət xaricdən maliyyələşən bir sıra icmaların, o cümlədən siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının milli maraqlarla ziddiyyət yaradan fəaaliyyətlərinin kədərli nəticələri ilə üzləşir. Etiraf olunur ki, xaricdəki bəzi dairələr çirkin maliyyələr ötürməklə, əslində, Gürcüstan cəmiyyətinin bütün təbəqələrinə dərindən nüfuz edib. Vəziyyət o dərəcədə ciddi hal alıb ki, son parlament, prezident və bələdiyyə seçkiləri  ərəfəsində ölkədə davamlı hal alan qarşıdurmalar yaşandı. Küçələrdən, parlamentdən başlayan ziddiyyətlər hakimiyyətin qolları arasında parcalanmalar baş verməsinədək genişləndi. Baş verənlər dövlətçilik üçün birbaşa təhdid idi. Aksiyalar açıq-aşkar xaricdən idarə olunurdu. İş o yerə çatmışdı ki, hətta xarici agentlər, ayrı-ayrı ölkələri və beynəlxalq təşkilatları təmsil edən diplomatlar, səfirlər belə nümayişçilər arasında görünməkdən çəkinmirdilər. Aksiyaya qoşulanlar, xüsusilə də gənclər pul və digər şirnikləndirici vədlərlə ələ alınır və beləliklə də,  pozuculuq əməllərinin miqyasının genişləndirlməsinə cəhdlər göstərilirdi. Məqsəd də bir idi: Ölkədə seçkilərin nəticələrini - “Gürcü Arzusu”nun qələbəsini tanımamaq və Tbilisidə milli iradədən kənar, idarə olunan hakimiyyət formalaşdırmaq.

Vəziyyətin ciddiliyini bütün miqyası ilə göz önündə canlandırmaqdan ötrü qonşu ölkənin vətəndaş cəmiyyəti sektoruna nəzər salaq. Mənzərə həqiqətən heyrət doğurur. Son illərin məlumatına əsasən, burada aktiv fəaliyyət göstərən 25 min qeyri-hökumət təşkilatı var. Gürcüstanın 3,7 milyon əhalisi olduğunu nəzərə alsaq, bu, dünyada adambaşına düşən ən yüksək göstəricilərdən biridir, yəni hər 148 Gürcüstan vətəndaşına, demək olar ki, bir QHT düşür. Narahatlıq yaradan ən mühüm məqam ondan ibarətdir ki, ölkədə qeydiyyata alınan QHT-lərin təxminən 90 faizi xaricdən maliyyələşir.

Donor təşkilatlarının siyahısında yenə də dünyanın ayrı-ayrı ölkələrində rəngli inqilablar və milli hökumətlərə qarşı digər pozuculuq əməlləri törətmiş təşkilatlar  -  Avropa İttifaqı, ABŞ-ın keçmiş administrasiyası, Soros Fondu kimi müxtəlif qurumlar yer alırlar. İndiyədək 100-dən çox ölkədə şəbəkə qurmağa nail olan, D.Trampın bir qədər bundan əvvəl ifşa etdiyi və artıq ləğv olunan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) də burada “aktivliyini” xüsusi qeyd edə bilərik. Verilən məlumata görə, Gürcüstanın qeyri-hökumət təşkilatları 2024-cü ildə ölkədə parlament seçkiləri ərəfəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyindən 41 milyon dollardan çox vəsait alıblar.

Adları çəkilən donorlar digər ölkələr kimi, Gürcüstanı da xüsusi məqsədlər naminə, necə deyərlər, özününküləşdirməyə çalışıblar və müəyyən mənada buna nail olublar. Qısa müstəqillik tarixində qonşu ölkə bir neçə rəngli inqilab dalğasından keçib və onların nəticələri milli dövlətçilk üçün kifayət qədər ağır olub. Belə ki, ölkə ərazi itkilərinə məruz qalıb.

“Qrant” anlayışı daha konkret məzmunda təqdim olunur

Gürcüstan hakimiyyəti anlayır ki, gec də olsa xarici təsirlər məhdudlaşdırılmasa, milli dövlətçilik tamamilə itirilə bilər. Yaranmmış zərurətdən çıxış edən hakim komanda dövlət quruculuğunda buraxılmış səhvləri nəzərə almaqla ölkənin real müstəqilliyinə və tam suverenliyinə nail olmaq istəyir və bu istiqamətdə qətiyyətli addımlar atır. “Gürcü Arzusu”nun parlamentdə irəli sürdüyü növbəti qanunvericilik təşəbbüsü də bu məqsədə xidmət edir. Parlamentin yaydığı məlumata görə, dəyişikliklər “qrant” anlayışını genişləndirir və dəqiqləşdirir. Yeni tərifə əsasən, qrant - Gürcüstan hökumətinə, dövlət qurumlarına və ya cəmiyyətin hər hansı bir hissəsinə təsir göstərmək niyyəti və ya inancı ilə həyata keçirilən və ya həyata keçiriləcək fəaliyyətlər üçün istifadə olunan vəsait hesab ediləcək. Bu, həmçinin Gürcüstanın daxili və xarici siyasətinin formalaşdırılması, həyata keçirilməsi və ya dəyişdirilməsinə yönəlmiş, eləcə də xarici dövlətlərin və ya xarici siyasi partiyaların siyasi və ictimai maraqları ilə bağlı fəaliyyətləri əhatə edir. Qrantlar nağd və ya natura formasında ola bilər.

Xaricdə qeydiyyatdan keçmiş, lakin əsas fəaliyyəti Gürcüstanla bağlı olan təşkilatlar qrant almazdan əvvəl hökumətdən müvafiq razılıq əldə etməlidirlər.

Dəyişikliklərə əsasən, texnologiya, ixtisaslaşmış bilik, bacarıq, təcrübə mübadiləsi, xidmətlər və digər yardım formaları müqabilində köçürülən vəsaitlər də qrant hesab ediləcək.

Cinayət Məcəlləsinə də müvafiq dəyişikliklər ediləcək

Hakim fraksiyanın təqdim etdiyi qanun layihəsinə əsasən, Cinayət Məcəlləsinə də dəyişiklik edilərək xaricdə lobbiçilik və siyasi fəaliyyət üçün ödənilən vəsaitlərin cinayət məsuliyyəti yaratması barədə norma əlavə olunur. Gürcüstanla bağlı məsələlərdə beynəlxalq səviyyədə ölkə adından çıxış etmək səlahiyyəti yalnız Gürcüstan hökumətinə məxsusdur.

Qanunvericilik paketinə əsasən, siyasi məqsədi olan və bunu açıq şəkildə bəyan edən fiziki və ya hüquqi şəxslər siyasi partiyalarla eyni tələblərə tabe olacaqlar. Bu isə onların xaricdən maliyyə almasını əngəlləyir, hüquqi şəxslərdən ianə qəbulunu məhdudlaşdırır və gəlirlərin qanunla müəyyən olunmuş müddətdə bəyan olunmasını tələb edir.

Bundan əlavə, “Vətəndaşların siyasi birlikləri haqqında” qanuna planlaşdırılan dəyişikliklərə görə, illik gəlirinin 20 faizindən çoxunu xarici dövlətdən alan təşkilatda çalışan şəxslərin 8 il müddətinə siyasi partiya üzvü olması qadağan ediləcək.

Qanunvericilik paketində İnzibati Xətalar Məcəlləsinə də dəyişikliklər nəzərdə tutulur. Yeni qaydalara əsasən, sahibkarlıq subyektinin əsas fəaliyyəti ilə bağlı olmayan ictimai-siyasi fəaliyyətlə məşğul olması inzibati xəta sayılacaq. Bu halda 20 min lari, təkrar pozuntu zamanı isə 40 min lari məbləğində cərimə tətbiq olunacaq.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Fevral 2026 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see461

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see430

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see307

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see304

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see298

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see255

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see243

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see238

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see233

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see228

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see220

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see214

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see212

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see211

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see210

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see208

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see199

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see196

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see193

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri