Gürcüstanda etiraz aksiyasının təşkilatçılarına qarşı xüsusi əməliyyat keçirilir
Icma.az, Apa.az saytına istinadən bildirir.
“Gürcüstan Prezidentinin sarayına basqında iştirak etmiş şəxslərin saxlanılması üzrə xüsusi əməliyyat keçirilir və bu gün cinayətkarların bir neçəsi həbs olunacaq”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Rustavi 2” telekanalının “Gecə kuryeri” proqramına müsahibəsində deyib.
O, bu prosesin davam etdiriləcəyini vurğulayıb.
“Prezident sarayının qarşısında zorakılıq törətmiş bir çox şəxs artıq müəyyən edilib. Bəziləri mənzillərində gizlənirlər, bəziləri isə bölgələrə qaçıblar”, - İ. Kobaxidze deyib.
Baş nazirin sözlərinə görə, mitinqin bütün təşkilatçıları saxlanılıb və hazırda söhbət hakimiyyətin devrilməsi ilə bağlı konkret tapşırıq almış gənclərdən ibarət ekstremist qruplaşmalardan gedir.
Qeyd edək ki, Gürcüstanın Daxili İşlər Nazirliyində xüsusi əməliyyatla bağlı brifinqin keçiriləcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 06 Oktyabr 2025 22:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















