Icma.az
close
up
RU
Postmüharibə dövrünün strateji yol xəritəsi: davamlı inkişaf, siyasi sabitlik və sülh quruculuğu

Postmüharibə dövrünün strateji yol xəritəsi: davamlı inkişaf, siyasi sabitlik və sülh quruculuğu

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İlin əvvəlində Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibələr ictimai rəyin formalaşmasında və siyasi gündəmin şərhində xüsusi əhəmiyyət kəsb edir. Bu format ötən dövrün nəticələrinə ümumiləşdirilmiş baxış təqdim etməklə yanaşı, qarşıdakı mərhələdə əsas götürüləcək strateji istiqamətlərin, prioritetlərin və hədəflərin cəmiyyətə aydın şəkildə çatdırılmasına xidmət edir. Dövlətimizin başçısının 2025-ci ilin yekunlarına həsr olunmuş müsahibəsi bu baxımdan aktual siyasi proseslərin məzmununu əks etdirən mühüm analitik mənbə rolunu oynayır.

Ötən ilin regional proseslərdə baş vermiş köklü dəyişikliklər nəticəsində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməsi xüsusilə diqqət çəkir. Uzun müddət davam edən Ermənistan–Azərbaycan qarşıdurması müxtəlif geosiyasi şəraitdə fərqli xarakter almışdır. Gərgin hərbi toqquşmalar, nisbi sabitlik dövrləri, genişmiqyaslı müharibə, həyata keçirilmiş təhlükəsizlik tədbirləri və ardınca başlanan keçid mərhələsi həmin prosesin təkamül yolunu müəyyən etmişdir. Bu ardıcıllığın yekunlaşması regionda yeni siyasi reallıqların formalaşmasına və sabitlik gündəliyinin ön plana çıxmasına zəmin yaratmışdır.
Ötən ilin avqustunda bu mərhələlərə siyasi müstəvidə yekun vurulması döyüş meydanında əldə olunmuş şanlı Qələbələrin beynəlxalq səviyyədə təsdiqlənməsi anlamına gəlir. Bu əlamətdar hadisə müstəqillik tarixində ən mühüm və yaddaqalan siyasi hadisələrdən biri kimi dəyərləndirilir. Artıq cəmiyyət sülh şəraitində yaşamaq mərhələsinə qədəm qoyur və bu amillər həm dövlət idarəçiliyində, həm də ictimai şüurda yeni yanaşmalar tələb edir. Cəmi bir neçə ay ərzində sülh mühitinin müsbət nəticələri artıq hiss olunmaqdadır. Siyasi sabitliyin möhkəmlənməsi, iqtisadi fəallığın artması, təhlükəsizliklə bağlı inamın güclənməsi və cəmiyyətdə müşahidə olunan müsbət əhvali-ruhiyyə növbəti dövrdə qarşıya qoyulan vəzifələrin daha inamla icrasına zəmin yaradır.
Dövlətimizin başçısının sözügedən müsahibəsində vurğulanan istiqamətlərdən biri də hərbi potensialın gücləndirilməsi məsələsidir. Təhlükəsizlik mühiti daim dəyişir və bu şəraitdə güc amili, o cümlədən hərbi imkanların artırılması prioritet olaraq qalır. Türkiyə ilə mövcud olan rəsmi müttəfiqlik münasibətləri, o cümlədən qarşılıqlı hərbi yardım mexanizmləri bu siyasətin mühüm dayaqlarındandır. Eyni zamanda, türk dövlətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi ideyası irəli sürülür. Həmin yanaşma müasir dövrdə bu kimi amillərin bütün dövlətlər üçün prioritet məsələ olduğunu nəzərə alaraq formalaşdırılıb və hazırda diplomatik kanallar vasitəsilə müzakirə mərhələsindədir.
Müsahibədə digər mövzulardan biri Çin Xalq Respublikası ilə münasibətlərdir. Azərbaycan Cənubi Qafqaz məkanında bu ölkə üçün məhz əsas prioritet tərəfdaşdır. Bu tərəfdaşlıq təkcə siyasi dialoqla məhdudlaşmır, eyni zamanda ticarət dövriyyəsi, nəqliyyat-logistika və regional axınların təşkili baxımından strateji xarakter daşıyır. Yüklərin müxtəlif istiqamətlər üzrə – qərb, şimal, cənub və Yaxın Şərq marşrutları üzrə hərəkəti ölkəni regional tranzit mərkəzinə çevirir. Həmin kontekstdə infrastrukturun genişləndirilməsi, həm daxili, həm də qonşu ölkələrdə layihələrə sərmayə yatırılması yükdaşımaların həcminin artmasına xidmət edir. Açıq dənizə çıxışı olmayan bir dövlət üçün nəqliyyat mərkəzi statusunun güclənməsi təbii və strateji proses kimi dəyərləndirilir.
Çinlə münasibətlər çərçivəsində diqqət çəkən yeni istiqamətlərdən biri də hərbi-texniki əməkdaşlıqdır. Bu sahədə əldə olunmuş siyasi razılaşmalar artıq ilkin mərhələdən praktik mərhələyə keçidi göstərir. Hərbi paradda nümayiş etdirilən elementlər sözügedən əməkdaşlığın yalnız başlanğıcıdır. Əsas məqsəd təkcə hərbi texnikanın əldə edilməsi deyil, eyni zamanda müştərək istehsal müəssisələrinin yaradılmasıdır. Bu layihələr strateji xarakter daşıyır, böyük potensiala malikdir. Yaxın perspektivdə yeni müqavilələrin və real layihələrin icrasının şahidi olacağıq.
Dövlətimizin başçısının müsahibəsində maliyyə dayanıqlığı məsələsinə də diqqət yetirilir. Ehtiyatların xarici borcu dəfələrlə üstələməsi iqtisadi sabitliyin əsas göstəricilərindən biri kimi təqdim olunur. Vaşinqtonda paraflanmış sülh sazişi xüsusilə xarici investisiyalar, o cümlədən ABŞ-dan gələn sərmayələr üçün yeni imkanlar yaradır. Eyni zamanda, qarşılıqlı investisiya siyasətində də yeni mərhələ başlayır. İndiyədək əsasən qiymətli kağızlara yönəlmiş sərmayələr bundan sonra real iqtisadiyyatın layihələrinə istiqamətləndirilə bilər. Elektrik enerjisi ehtiyatlarının mövcudluğu həmin layihələrin reallaşması üçün ciddi üstünlük təşkil edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, kibertəhlükəsizlik mərkəzinin yaradılması, mütəxəssislərimizin təlimi ilə bağlı planlarımız və artıq icra olunmuş layihələrimiz var - biz bir çox mütəxəssislərimizi xaricə təlimlərə göndəririk və eyni zamanda, Azərbaycanda təlimlər təşkil edirik - hədəfimiz, bağlılıqla yanaşı, süni zəka və IT üçün bir haba çevrilməkdir: “Potensial mövcuddur. Güclü siyasi iradə mövcuddur. Əlbəttə ki, biz Amerika şirkətlərini əsas tərəfdaşlarımız hesab edirik”.
Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə ABŞ-la Strateji İşçi Qrupunun yaradılması beynəlxalq müstəvidə güclü siyasi siqnal kimi qəbul olunur. Bu addımdan sonra bir sıra Avropa ölkələrinin də analoji əməkdaşlıq təşəbbüsləri ilə çıxış etməsi həmin yanaşmanın təsir dairəsini göstərir. Artıq onlarla ölkə ilə strateji tərəfdaşlıq sənədlərinin imzalanması balanslaşdırılmış və çoxşaxəli xarici siyasətin nəticəsidir. Vaşinqtondan gələn mesaj isə bu siyasətin beynəlxalq güclər tərəfindən müsbət qarşılandığını təsdiqləyir.
Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə yeni mərhələnin siyasi-iqtisadi və təhlükəsizlik konturlarını müəyyənləşdirən konseptual çıxış kimi dəyərləndirilir. Sülh mühiti, gücləndirilən potensial, artan beynəlxalq tərəfdaşlıqlar və texnoloji hədəflər göstərir ki, qarşıdakı dövr uzunmüddətli strateji planlar üzərində qurulub.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Yanvar 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri