Gürcüstanda həkimlər etiraz aksiyası keçirəcək
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Bu gün Gürcüstan parlamentinin qarşısında həkimlərin etiraz aksiyası keçiriləcək.
Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, aksiyanın məqsədi həkim və akademik Giorgi Çaxunaşviliyə həmrəylik göstərməkdir.
Çaxunaşvilinin polis tərəfindən 4 oktyabrda Tbilisidə baş verən hadisələrlə əlaqədar saxlanıldığı ehtimal olunur.
Etiraz aksiyası qanunverici orqanın binası qarşısında başlanacaq.
Gülşən Şərif

