Icma.az
close
up
RU
Gürcüstanda hüquqi xidmətlər Azərbaycan dilində də olacaq

Gürcüstanda hüquqi xidmətlər Azərbaycan dilində də olacaq

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Gürcüstanda hüquqi xidmətlərin Azərbaycan dilində daha əlçatan və müasir formada təqdim olunmasına xidmət edəcək LIDA.ge (Legal Intelligence & Digital Assistant) rəqəmsal hüquqi platforması ictimaiyyətə təqdim edilib.

"Report"un yerli bürosu xəbər verir ki, təqdimat 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə keçirilib.

"Gürcüstan qanunvericiliyi üzrə Hüquqi Yardım" layihəsi çərçivəsində yaradılan LIDA.ge Gürcüstan qanunvericiliyi üzrə süni intellekt əsaslı hüquqi xidmət platformasıdır. Platforma istifadəçilərə hüquqi araşdırma aparmaq, süni intellekt vasitəsilə hüquqi məsləhət almaq, sənədləri təhlil etmək, məhkəmə proseslərinin mümkün nəticələrini modelləşdirmək və Gürcüstanda fəaliyyət göstərən təsdiqlənmiş vəkillərin məlumat bazasından istifadə etmək imkanı yaradır.

Layihənin rəhbəri Nahid Qurbanov bildirib ki, platforma 12-dən çox hüquq sahəsini əhatə edir və 6 dildə xidmət göstərir. Onun sözlərinə görə, sistem Gürcüstanda yaşayan soydaşlarımızın, ölkəyə gələn Azərbaycan vətəndaşlarının və burada təhsil alan tələbələrin Gürcüstan qanunvericiliyi ilə Azərbaycan dilində tanış olmasına imkan verəcək.

Platformanın əsas imkanlarından biri də dövlət qurumlarına müraciətlərin hazırlanmasıdır. İstifadəçi ərizəni Azərbaycan dilində yazdıqda sistem onu avtomatik gürcü dilinə çevirərək təqdim edir.

Bundan əlavə, platformada 200-dən çox məhkəmə qərarı toplanıb. Süni intellekt həmin qərarlar əsasında hüquqi təhlillər aparır və məhkəmə işlərinin mümkün nəticələri ilə bağlı proqnozlar təqdim edir.

Qeyd olunub ki, platformadan Gürcüstanda yaşayan digər etnik azlıqlar da öz ana dillərində istifadə edə biləcəklər. Platformanın yaradıcısı, vəkil Sərxan Məmmədov bildirib ki, sistem istifadəçilərə istənilən şəhərdə öz ana dilində danışan vəkil tapmaq imkanı yaradacaq. Onun sözlərinə görə, onlayn müraciətdən sonra həm vəkilə, həm də müraciət edən şəxsə məlumat göndərilir, məsləhətləşmə vaxtı təyin olunur və bütün proses platforma üzərindən idarə edilir.

S.Məmmədov qeyd edib ki, platforma hazırlanarkən həm vəkillərin, həm də müraciət edən şəxslərin maraqları nəzərə alınıb. Virtual assistent tərəfləri məlumatlandıracaq, sənədləşmə və əlaqələndirmə prosesini asanlaşdıracaq.

Onun sözlərinə görə, LIDA.ge Gürcüstanın rəsmi qanunvericilik bazasına inteqrasiya olunub və ölkənin qanunvericiliyinin bütün əsas sahələrini dəstəkləyir. Platforma hazırlanarkən həm vəkillərin, həm də müraciət edən şəxslərin maraqları nəzərə alınıb.

Virtual köməkçi hər iki tərəfi proses barədə məlumatlandıracaq, sənədləşmə və əlaqələndirmə işlərini asanlaşdıracaq. Gələcəkdə platformanın vəkillərin təcrübəsi nəzərə alınmaqla daha da təkmilləşdirilməsi planlaşdırılır. Onun sözlərinə görə, platforma vasitəsilə Gürcüstanın dövlət qurumları ilə də birbaşa əlaqə yaratmaq mümkün olacaq. Sistem məlumatları Gürcüstanın rəsmi qanunvericilik bazasından götürəcək və ölkənin qanunvericiliyinin bütün əsas sahələrini əhatə edəcək.

❮ ❯

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Avqust 2026 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri