Icma.az
close
up
RU
Gürcüstanda yüzlərlə qadının əsir saxlandığı üzə çıxdı

Gürcüstanda yüzlərlə qadının əsir saxlandığı üzə çıxdı

Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tailanddan olan yüz qadın Gürcüstanda “insan yumurtası fermasında” əsir saxlanılır. AzPost xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Tailandın insan haqları təşkilatı olan “Pavena Vəqfi” məlumat yayıb. Bildirilir ki, onları Gürcüstana surroqat analıq etmək addı ilə Çinli mütəşəkkil cinayətkar qrup aldadaraq gətirib.

İddialara görə, qadınların pasportları əllərindən alınıb və onlar yumurtalıq əldə etmək üçün məcburi hormon terapiyasına məruz qalıblar.

Fond xilas olub qaçan qadınlarla mətbuat konfransı keçirib. Qadınlar bildirib ki, əvvəlcə surroqat analar üçün vakansiya elanına. qoşulublar.  Onlara 600 min baha (manat ekvivalentində – 30 min manat) qədər qazanc vəd olunub. Qaınlara bütün xərcləri, müqavilə sənədlərini hazırlanacağı sözü verilib. Cəmi 1 ay müddətində isə geri qaytarılacaqları bildirilib.

12 qadın Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə tranzit olaraq Tailanddan Ermənistana uçub. Üç gün Ermənistanda qaldıqdan sonra Gürcüstana gediblər.

Əvvəlcə onlar mehmanxanada yerləşdirilib, ertəsi gün isə qadınların pasportlarını alınıb və  dörd evin olduğu yerə aparılıblar.

Zərərçəkənlər bildirdilər ki, “fermada” yüzə yaxın qadın var, onların bir çoxunun səhhətində ciddi problemlər yaranıb və geri qayıtmaq istəyirlər.

Bütün proseslərə  Çindən olan cinayətkar dəstə rəhbərlik edir. Onlar azadlığa buraxılmaları üçün qadınlardan 70 min baha (4000 manat) qədər pul tələb ediblər.

Hüquq müdafiə təşkilatı qadınlara intensiv hormon terapiyası və sağlamlıq riski daşıyan prosedurların aparıldığını bildirib. Hər şeyin antisanitar şəraitdə baş verdiyi qeyd olunur.

Qadınlardan biri pul müqabilində sərbəst buraxılmasına nail olub.  Taylanda qayıdaraq və baş verənləri səlahiyyətlilərə bildirib. Onlar İnterpolla əlaqə saxlayıblar. Cari ilin yanvarın sonunda daha 3 qadın xilas olub. Onların sözlərinə görə, yüzə yaxın qadın hələ də “ferma”nın ərazisindədir.

“TikTok”da izləyin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://azpost.info
archiveBu xəbər 11 Fevral 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri