“Gürcüstanın Abxaziya bölgəsindəki qondarma seçkiləri tanımırıq” Azərbaycan XİN
Icma.az bildirir, Azpolitiki.az-ə əsaslanaraq “Gürcüstanın Abxaziya bölgəsindəki qondarma seçkiləri tanımırıq” Azərbaycan XİN.
Azərbaycan Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma prezident seçkilərini tanımır.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“Azərbaycan Respublikası Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 15 fevral 2025-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “növbədənkənar prezident seçkisi”ni, həmçinin onun nəticələrini tanımır.
Azərbaycan Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinin tərəfdarıdır”, – sənəddə qeyd olunub.

Azərbaycan XİN Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb
15 Fevral 2025 23:58
Rəsmi Bakı: Azərbaycan Abxaziya bölgəsində keçirilmiş qondarma seçkini tanımır
16 Fevral 2025 00:04
Gürcüstanın qaynayan “artsax”ı Abxaziya haqda nələr bilirik?
19 Noyabr 2024 11:04
Gürcüstanın XİN başçısı: Azərbaycan bizim üçün vacib tərəfdaşdır
18 Yanvar 2025 19:06
Abxaziya “parlament”ində atışma olub, qondarma qurumun deputatı ölüb
19 Dekabr 2024 15:35
