Gürcüstanın Baş naziri Avropa İttifaqını ittiham edib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tbilisi, 25 fevral, AZƏRTAC
Rusiya məhsullarının əsas idxalçılarından biri Avropa İttifaqıdır və onlar çox böyük məbləğdə pul ödəyiblər. Ona görə də belə bir vaxtda Gürcüstana qarşı bəyanatlar vermək tamamilə yersizdir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.
Hökumət başçısı Avropa İttifaqının Rusiyadan milyardlarla dollarlıq məhsul idxal edərək onun Ukraynadakı müharibəsini dolayısı ilə maliyyələşdirməsi ilə bağlı Norveç xarici işlər nazirinin iddiasını xatırladıb: "Belə bir vaxtda bizə qarşı açıqlamalar vermək tamamilə yersizdir. Bizim milli maraqlarımız var, siyasətimizi milli maraqlara uyğun şəkildə həyata keçiririk və bu səbəbdən sanksiyalar tətbiq olunmayıb. Bunu hamı yaxşı bilir. Onlar heç vaxt açıq şəkildə belə çağırışlara cəsarət etməyiblər, amma indi nədənsə belə açıqlamalar vermək qərarına gəliblər. Əvvəllər gizlətdiklərini indi də açıq şəkildə deyirlər", - deyə Baş nazir bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 25 Fevral 2026 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















