Icma.az
close
up
RU
Gürcüstanın sabiq naziri: USAID və NED gürcü gənclərə çevriliş etməyi öyrətmək üçün qrant verirlər

Gürcüstanın sabiq naziri: USAID və NED gürcü gənclərə çevriliş etməyi öyrətmək üçün qrant verirlər

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gürcüstanın Qaçqınların İşi üzrə sabiq naziri Sozar Subari ABŞ dövlət büdcəsindən maliyyələşən USAID və NED kimi təşkilatları tənqid edib.

"Report"un məlumatına görə, o deyib ki, USAID və NED kimi təşkilatlar gürcü gənclərə çevriliş etməyi, silahdan istifadə etməyi öyrətmək üçün qrant verirlər.

"Məsələn, USAID Nepalda ateizm və din əleyhinə kampaniyaları maliyyələşdirmək üçün yarım milyon dollar xərcləyib. Sual yaranır, ABŞ hökuməti Nepalda ateizm təbliğatını niyə maliyyələşdirməlidir? Onun məqsədi nədir? Lakin biz görürük ki, uzun illərdir eyni siyasət Amerika qrantları hesabına Gürcüstanda da həyata keçirilir", - sabiq nazir qeyd edib.

Bununla belə, Sozar Subari ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və onun quracağı administrasiya barədə xoş sözlər deyib:

“Tramp Amerika xalqı tərəfindən seçilib, o, ABŞ prezidentidir və heç vaxt deməyib ki, “öncə Gürcüstan”, onun şüarı “ilk növbədə, Amerika"dır. Tramp Amerika üçün hər şeyi edir.

Bizim və Tramp administrasiyasının baxışı bir çox digər məsələlərdə tamamilə üst-üstə düşür. Məsələn, “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunu qəbul edəndə bizə ciddi şəkildə bildirdilər ki, bu qanunu ləğv etməsək, Avropa İttifaqının qapısı üzümüzə həmişəlik bağlı olacaq. Üstəlik, onlar hətta bizi sanksiyalarla hədələməyə başladılar. O zaman Tramp prezident seçkilərində qalib gəldi və məlum oldu ki, o və onun komandası bu qanunun ruhunu tamamilə bölüşür".

Sabiq nazir əlavə edib ki, Paris Olimpiadasının açılış mərasimindəki çıxış praktiki olaraq xristianlığa təhqir olduğunu deyəndə bütün liberal dünya Gürcüstana güldü.

"Həmin vaxt ABŞ-nin gələcək dövlət katibi Marko Rubio da dedi ki, bu, biabırçı çıxışdır – yəni bizim baxışlarımız burada da üst-üstə düşür. ABŞ hər zaman bütün dünyaya açıq olan ölkədir, lakin onun yeni administrasiyasının dünyada gedən gərgin proseslərə nə qədər qarışacağını və Gürcüstanı kifayət qədər görə bilməyəcəyini təsəvvür etsək belə, ideoloji baxışlarımızın üst-üstə düşməsi bizim üçün ciddi üstünlükdür. Bu, əlaqələrin gələcək inkişafı üçün mühüm təkan verir”.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://report.az
archiveBu xəbər 13 Dekabr 2024 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri