Icma.az
close
up
RU
Haaqada Azərbaycan mədəniyyətinə həsr edilmiş tədbir keçirilib

Haaqada Azərbaycan mədəniyyətinə həsr edilmiş tədbir keçirilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Haaqa, 23 may, AZƏRTAC

Haaqada Niderlandın sosial həyatında mühüm yeri olan nüfuzlu “Sosiëteit De Witte” klubunun mədəniyyətlərarası dəyirmi masası çərçivəsində “Mədəniyyətlər arasında körpü: Azərbaycan” adlı təqdimat təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə “Azərbaycanın multikulturalizm modeli” mövzusunda çıxış edərək ölkəmizdə multikulturalizmin tarixi kökləri, hazırda multikultural və tolerant mühit, dini və etnik müxtəlifliyin qorunması istiqamətində dövlət siyasəti, bu dəyərlərin beynəlxalq səviyyədə təşviqi istiqamətində ölkəmiz tərəfindən həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib. Diplomat ölkəmizdə heç zaman etnik və dini zəmində qarşıdurmanın olmadığını bildirib. Qeyd edib ki, erməni tərəfi keçmiş Ermənistan-Azərbaycan münaqişəsini dinlərarası qarşıdurma kimi təqdim edərək, Qərb ictimai fikrində yanlış qavrayışlar formalaşdırmağa cəhd edib.

Tədbirdə “Azərxalça” ASC İdarə Heyətinin sədri Emin Məmmədov Azərbaycan xalçaçılıq sənətinin zənginliyindən və onun dünyada tanıdılması istiqamətində görülən işlərdən danışıb. O, həmçinin xalçaçılığın milli mədəniyyətimizin mühüm tərkib hissəsi olduğunu qeyd edərək, gənc nəslin bu sahəyə marağının artırılması istiqamətində görülən tədbirlərdən söz açıb. E.Məmmədov mayın 15-dən iyunun 20-dək Haaqa şəhər meriyasında nümayiş olunan “Azərbaycan xalçalarının möhtəşəmliyi: Sənət vasitəsilə öyrənmək” adlı xalça sərgisi barədə məlumat verib. O, xatirə olaraq klubun mədəniyyətlərarası dəyirmi masasının rəhbəri Mauro Boeroya Azərbaycanın xalq rəssamı Lətif Kərimovun “Azərbaycan xalçası” kitabını təqdim edib.

Tədbir çərçivəsində iştirakçılar üçün Azərbaycan xalça toxuma texnikasına dair məlumatlar, eləcə də ustad dərsləri təşkil olunub. İştirakçılar ənənəvi düyün texnikası ilə tanış olaraq, xalça naxışlarının toxunması prosesini praktiki şəkildə sınaqdan keçiriblər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Haaqa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 22:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri