Haaqada “Dron Koalisiyası”nın görüşü keçiriləcək
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Niderlandın Haaqa şəhərində Ukraynaya Rusiyanın təcavüzünə qarşı mübarizədə dəstəyin artırılması məqsədilə 20-dən çox ölkənin iştirakı ilə "Dron Koalisiyası"nın görüşü keçiriləcək.
APA xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Ruben Brekelmans özünün “X” səhifəsində bildirib.
Nazir vurğulayıb ki, dronlar və dron əleyhinə olan sistemlər Ukraynanın müdafiəsində həlledici rol oynayır. Onun sözlərinə görə, tərəfdaşlarla birlikdə bu sahəyə ciddi maliyyə yatırımları etməyə hazırlaşırlar.
“Bu, həm Ukraynanı gücləndirir, həm də bizim silahlı qüvvələrimizi və sənayemizi”, – nazir əlavə edib.
Qeyd edək ki, adıçəkilən koalisiyaya üzv olan ölkələr Avstraliya, Kanada, Çexiya Respublikası, Danimarka, Estoniya, Fransa, Almaniya, İtaliya, Latviya (həmsədr), Litva, Lüksemburq, Niderland, Yeni Zelandiya, Norveç, Polşa, İsveç, Ukrayna və Böyük Britaniyadır (həmsədr).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 04 Sentyabr 2025 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















