Icma.az
close
up
RU
Haber Global: Zədələnmiş təyyarənin Rusiya hava limanlarına enməsinin qarşısı niyə alındı?

Haber Global: Zədələnmiş təyyarənin Rusiya hava limanlarına enməsinin qarşısı niyə alındı?

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin qəzası ilə bağlı çoxlu cavabsız suallar var.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" telekanalının hazırladığı süjetdə qeyd olunub.

Süjetdə bildirilir ki, hadisənin arxasında Rusiyanın olduğu üzə çıxıb, indi xeyli sual var: "İçərisində 67 nəfər olan Azərbaycan Hava Yollarına məxsus təyyarə çərşənbə günü Qroznıya getmək üçün Bakıdan havaya qalxıb. Lakin o, Çeçenistanın paytaxtına yaxınlaşarkən qəfil marşrutunu dəyişərək Qazaxıstanın Aktau şəhərinə doğru irəliləyib. Təyyarə təcili eniş etmək istəyərkən yerə çırpılıb. Azərbaycan rəsmilərinin məlumatına görə, hadisəyə Rusiyaya məxsus raketlər səbəb olub. Təyyarə Rusiya hava məkanına daxil olarkən Ukrayna PUA-larını vurmağa çalışan Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən hədəfə alınıb. "Pantsir-S" sistemindən atılan raket təyyarənin düz yanında partlayıb. Qəlpə parçaları təyyarənin gövdəsində irili-xırdalı dəliklər yaradıb. Pilotlar qəza siqnalı verib və təcili eniş tələb ediblər, lakin zədələnmiş təyyarənin Rusiyanın iki hava limanına enməsinə icazə verilməyib. Əksinə, təyyarə daha uzağa- Xəzərin o biri sahilindəki Aktau hava limanına yönəlib".

Qeyd olunur ki, bu məqamlar hadisənin məqsədyönlü şəkildə törədildiyini göstərir: "Mütəxəssislərin fikrincə, təyyarənin Xəzər dənizinə düşməsində maraqlı olan qüvvələr ola bilərdi. Çünki Rusiya izi itirə bilərdi. Rusiya Mülki Aviasiya İdarəsinin təyyarənin quş sürüsü ilə toqquşması ilə bağlı açıqlaması da diqqət çəkir. Ehtimal olunur ki, sürətli şəkildə verilən bu bəyanat fikirləri Rusiya raketi ilə bağlı reallıqdan yayındırmağa hesablanıb".

Süjetdə vurğulanıb ki, cavabı tapılmalı olan daha bir neçə sual var: "Həmin vaxtlarda Çeçenistanın hava məkanı niyə mülki təyyarələr üçün bağlı deyildi? Qroznı hava limanında uçuşlar niyə dayandırılmadı? Bu cavabsız sual dəhşətli səhlənkarlığa işarə edir. Bəs bundan sonra nə olacaq? Azərbaycan tərəfi Rusiyanın bilərəkdən və ya bilməyərəkdən məsuliyyətini qəbul edib rəsmi üzr istəməsini gözləyir. Həmçinin 39 nəfərin öldüyü təbii fəlakətin səbəbkarlarının cəzalandırılması tələb olunur. Aktau faciəsindən sonra hava nəqliyyatında təhlükəsizlik xəbərdarlığı davam edir".

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://report.az
archiveBu xəbər 27 Dekabr 2024 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see249

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see202

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see177

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see145

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see144

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see133

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see132

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see132

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see129

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see125

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see124

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see124

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see123

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see123

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see123

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see122

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see122

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri