Icma.az
close
up
RU
Haçadağın zirvəsinə yürüş təşkil olunub

Haçadağın zirvəsinə yürüş təşkil olunub

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 16 fevral, AZƏRTAC

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Haçadağın zirvəsinə növbəti ekstremal yürüş təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yürüşə Türkiyədən, Naxçıvandan və ölkəmizin digər yerlərindən olmaqla, ümumilikdə, 60 nəfər qatılıb. İştirakçılar arasında peşəkar alpinistlər, təşkilatçı qurumların təmsilçiləri və könüllü gənclər olub.

Yürüşdən öncə Xocalı soyqırımının qurbanları və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov, İğdır Gənclik və İdman İl müdiri Recai Şahin və Türkiyə Dağçılıq Federasiyasının İğdır təmsilçisi Murad Akay tədbirin əhəmiyyəti barədə fikirlər səsləndirib, iştirakçılara uğurlar arzulayıblar. Qeyd olunub ki, bu cür ekstremal idman fəaliyyətlərinin təşkili təbiətə olan sevginin təzahürü, sağlam həyat tərzinin təşviqi, ümumilikdə, alpinizmin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Vurğulanıb ki, yürüş Xocalı soyqırımı qurbanlarının xatirəsinə olan dərin ehtiramın, o cümlədən iki qardaş ölkənin birlik və bərabərliyinin təcəssümüdür.

İlk dırmanışını həyata keçirənlər üçün təhlükəsizlik qaydaları barədə məlumat verildikdən sonra qruplara bölünən iştirakçılar zirvəyə doğru hərəkət ediblər. Hündürlüyü 2415 metr olan Haçadağın zirvəsində iştirakçıların xatirə şəkilləri çəkilib.

Sonda yürüş iştirakçılarına Gənclər və İdman Nazirliyi tərəfindən fəxri fərmanlar təqdim olunub.

Qeyd edək ki, Türkiyəli alpinistlərin Haçadağa budəfəki zirvə yürüşü sayca onuncudur. Tədbir Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin dəstəyi ilə həyata keçirlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Fevral 2026 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri