Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Hacıqabul və Salyan rayonlarında yaşıllaşdırma işləri ilə bağlı monitrinq keçirilib

Hacıqabul və Salyan rayonlarında yaşıllaşdırma işləri ilə bağlı monitrinq keçirilib

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Xəbər verildiyi kimi, Eko Aləm ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 iyun 2025-ci il tarixindən “Səhralaşma ilə mübarizə" layihəsinin icra edir. Layihə çərçivəsində görülən işlər barədə Eko Aləm İctimai Birliyinin sədri Sevil Yüzbaşeva saytımıza məlumat verib: “Səhralaşmanın yaranmasının əsas səbəbi antropogen faktor və iqlim dəyişkənliyidir. Səhralaşma ilə mübarizənin ən təsirli üsullarından biri fitomeliorasiyadır. Bu üsulun tətbiqi bir tərəfdən səhralaşmanın genişlənməsini dayandırmağa, digər tərəfdən isə deqradasiyaya uğramış torpaq sahəsinin azalmasına səbəb ola bilər. Fitomeliorasiya, bitki qruplarından istifadə edərək, ətraf mühitin yaxşılaşdırılması, torpaqların, su mənbələrinin və havanın təmizlənməsi məqsədi daşıyan tədbirlər kompleksidir. Bu, həmçinin meşə zolaqlarının salınması, ot örtüyünün yaradılması və s. kimi tədbirləri də əhatə edir.

Səhralaşma isə torpağın və bitki örtüyünün deqradasiyası, onların bioloji və iqtisadi məhsuldarlığının azalması və ya tamamilə itirilməsi deməkdir. Hazırda səhralaşmanın arealı çox sürətlə genişlənir: bir dəqiqə ərzində 20 ha münbit torpaq sahəsi səhraya çevrilir. İl ərzində isə bu rəqəm 6 milyon hektara çatır. Planetimizdə 3,6 milyard hektar sahə səhralaşmaya məruz qalmışdır.

Dayanıqlı torpaq idarəçiliyi təcrübələrinin tətbiqi, meşələrin bərpası və meşəsalma təşəbbüslərinin artırılması, effektiv su mühafizəsi, idarəetmə strategiyalarının həyata keçirilməsi torpağın deqradasiyasının qarşısını ala bilər. Səhralaşma ilə mübarizə aparılmasında ən vacib və əhəmiyyətli üsul yaşıllıq ərazilərin artırılmasıdır. Meşələrin, su və torpaq qoruyucu funksiyalarını və iqlimin formalaşmasına təsirini nəzərə alsaq, bu potensialın qorunması və səmərəli istifadəsi üçün meşə ehtiyatlarının bərpa edilməsi və genişləndirilməsi, yeni meşə zolaqlarının salınmasının əhəmiyyəti böyükdür.

Bütün dünyada olduğu kimi Azərbaycanda da qlobal ekoloji problemlərdən biri torpaqların deqradasiya problemidir. Buna torpaqların eroziyası, şoranlaşma və son nəticə olaraq səhralaşma problemi daxildir. ETSN-yi illərdir ki, ölkəmizdə səhralaşmanın qarşısını almaq üçün yaşıllaşdırma işləri aparır.

Layihə işində məqsədimiz magistral asfalt yolkənarı yaşıllaşdırma işlərinin bu günki vəziyyətini araşdırmaq, vizual ictimai monitorinqlər həyata keçirtməkdir. Monitorinqlərin nəticəsini ictimaiyyətin diqqətinə çatdırmaqla insanları marifləndirmək və yaşıllıqların qorunması işinə cəlb etməklə, qlobal ekoloji problemlərdən olam səhralaşma ilə mübarizəyə diqqəti artırmaqdır”.

Ələt-Hacıqabul mağistral asfalt yol kənarının yaşıllaşdırılması

Sevil Yüzbaşeva deyib ki, layihə işi cədvəlinə uyğun olaraq Eko Aləm ictimai birliyi ilk olaraq Hacıqabul rayonu mağistral asfalt yolu kənarının yaşıllaşdırılması tədbirlərini, ikinci tədbirini isə Salyan rayonunda 4 saylı Yaşıllaşdırma İdarəsində ictimai ekoloji monitorinq həyata keçirtmişdir: “Açıq mənbələrdən aldığımız məlumatlara görə AR NK-nin qərarı ilə 2021-ci ildə ASC-nin 1 saylı Yaşıllaşdırma İdarəsinin mağistral asfalt yolu kənarının yaşıllaşdırmış Hacıqabul hissəsi, Hacıqabul RİH-nə verilib. Həmin ərazilərin bu günki, vəziyyəti təşkilatımız tərəfindən araşdırılıb. Bunun üçün Eko Aləm ib 15 iyul 2025-ci il tarixində Hacıqabul rayonuna səfər edib və ərazidə ictimai ekoloji vizual monitorinq həyata keçirtmişdir. Monitorinq zamanı məlum olmuşdur ki, Hacıqabul RİH-ti bu işə ciddi yanaşmış, hətda mövcud yaşıllıqları qorumaq, yeni səpinlərlə inkişaf etdirmək üçün qurum “Yaşıllaşdırma və Abadlıq İşləri İdarəsi” yaratmışdır. Rayona gəldikdən sonra həmin idarəyə nüraciət etdik. Bizi idarənin müdiri Vüsal Əliyev və İdarənin baş mütəxəssisi Lazım Kərimov qəbul etdi. Bizi maraqlandıran suallara cavab verməklə yanaşı, görülən işlərlə tanış olmamız üçün bəzi sənədlərin surətini də təqdim etdilər. Sonra ərazilərə baxış və vizual monitorinq də keçirtdik. Gördükərimiz valeh etdi. Həm rayon ərazisində, həm də asfalt yolun kənarlarında hər iki tərəfdəki yaşıllıqları, yoldan keçən hər kəs belə, ərazidə necə ciddi yaşıllaşdırma işlərinin aparıldığını görə bilir.

Vüsal Əliyev qürurla bildirdi ki, Hacıqabul rayonu ərazisindən keçən Bakı-Qazax mağistral avtomobil yolunun ətrafı 481 ha ərazisi və eləcədə Hacıqabul şəhəri ərazisində çox geniş yaşıllaşdırma aparılmış, iki yerdə həm enliyarpaq ağaclardan, həm də qarışıq ağaclardan ibarət meşə ərazisi salınmışdır. Ərazidəki yaşıllıqlara vaxtında aqrotexniki qulluq edilir, yaşıllıqlar ərazidən aşılı olaraq müxtəlif metodlarla vaxtında suvarılır. Həmin ərazilərə də gedərək, görülən işləri də müşahidə etdik və ərazidə işçilərlə də görüşdük”.

"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyətinin 4 saylı Yaşıllaşdırma İdarəsi

Sevil Yüzbaşeva bildirib ki, Eko Aləm ib-yi ikinci tədbirini Salyan rayonunun Xıdırlı qəsəbəsində yerləşən ETSN-nin "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyətinin 4 saylı Yaşıllaşdırma İdarəsinin ərazisində həyata keçirtmişdir: “Məqsədimiz 4 saylı Yaşıllaşdırma İdarəsinin fəalliyyəti ilə tanış olmaq idi. ərazidə bizi İdarənin müdiri və məsul işçiləri qarşıladı. Monitorinqin həyata keçirilməsi üçün rəhbər şəxslərdən icazə aldıqdan sonra bizi əraziyə dəvət etdilər. 4 saylı Yaşıllaşdırma İdarəsinin müdiri Zahir bəy öncə idarə haqqında geniş məlumat verdi sonra birlikdə əraziyə baxış keçirdik. idarənin tinglik sahələrində, sexlərində xüsusi qayğı ilə yetişdirilən müxtəlif cins əkin materiallarını müşahidə etdik. Zahir bəy bildirdi ki, idarənin işçiləri təbiəti qorumaq üçün, şəxsi təşəbbüsləri ilə meşələrə gedərək toxumlar toplayır, ərazidə yetişdirib qulluq edərək ting halına saldıqdan sonra əkmək üçün hazırlayırlar. Məqsədiniz də insanların bu fədakarlıqları barədə məlumatları, görülən işləri ictimaiyyətin diqqətinə çatdırmaqla ekoloji problemlərin həllinə yardım etmək idi.

Yekun olaraq, monitorinq qrupu tərəfindən həm Hacıqabul rayonu mağistral asfalt yol kənarı yaşıllaşdırılması fəaliyyətləri, həm də 4 saylı Yaşıllaşdırma İdarəsinin fəaliyyəti yüksək qiymətləndirildi”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 İyul 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see260

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see229

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see219

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see204

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see203

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see181

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see179

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see164

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see154

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see145

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see134

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see132

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see132

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see131

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see122

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see122

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri