Icma.az
close
up
RU
Hacıqabulda 85 min manatlıq abadlıq Sevindik Hətəmov da MM İnşaat Group u seçdi

Hacıqabulda 85 min manatlıq abadlıq Sevindik Hətəmov da MM İnşaat Group u seçdi

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hacıqabul Rayon İcra Hakimiyyəti “MM İnşaat Group” MMC ilə satınalma müqaviləsi imzalayacaq.

Qaynarinfo-nun məlumatına görə, şirkət qurumun Hacıqabul şəhərində abadlıq işləri ilə bağlı keçirdiyi satınalma müsabiqəsinin qalibi olub.

Abadlıq işlərinə görə şirkətə 85 275,06 manat ödəniləcək.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmaya əsasən, “MM İnşaat Group” MMC tenderlərdə fəal iştirak edir. Şirkət 2024–2026-cı illərdə 2 127 554,64 manatlıq sifariş alıb. Bununla belə, açıq mənbələrdə şirkət haqqında məlumatlar məhduddur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “MM İnşaat Group” MMC 26 noyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5D-dir. MMC-nin qanuni təmsilçisi Ağayev Mirkamal Əhməd oğludur.

Mirkamal Ağayev haqqında ictimaiyyət üçün açıq olan resurslarda hər hansı məlumata rast gəlinmir.

Yeri gəlmişkən, Hacıqabul Rayon İcra Hakimiyyəti 2023-cü ildə “MM İnşaat Group” MMC ilə satınalma müqaviləsi imzalayıb. Müqavilədə Hacıqabul şəhərində mənzil fondunun əsaslı təmir işlərinin satın alınması nəzərdə tutulub. Müqavilənin maliyyə dəyəri 53 586,28 manat təşkil edib.

Həmin vaxt rayonun icra başçısı Rüstəm Xəlilov olub.

Hazırda Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovdur. O, 2024-cü ildən rayona rəhbərlik edir.

Sevindik Hətəmovun icra başçısı kimi karyerası 2012-ci ildən başlayır. O, həmin il Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2016-cı ildə isə Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. 8 il orada çalışdıqdan sonra Hacıqabul rayonunun rəhbərliyinə gətirilib.

Seyid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Sentyabr 2026 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri