Hacıqabulda baş verən yol qəzası zamanı 1 nəfər ölüb, 2 si xəsarət alıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hacıqabul, 1 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Hacıqabulda təcili tibbi yardım maşınının dəmir arakəsməyə çırpılması nəticəsində 1 nəfər ölüb, 2-si xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonunun Nəvahi kəndindən keçən ərazisində qeydə alınıb.
Hadisə zamanı təcili tibbi yardım maşınını idarə edən Namiq Həmzəyev və avtomobildə olan həkim Əliağa Quliyev müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların Füzuli rayon sakinləri olduqları bildirilir.
Qəza zamanı ölən şəxsin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər Şöbəsinə təhvil verilib, onun şəxsiyyəti müəyyənləşdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 01 Avqust 2025 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















