Hacıqabulda qəzada 1 uşaq ölüb, 4 nəfər xəsarət alıb YENİLƏNİB YENİLƏNİB1
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Hacıqabulda baş verən qəzada 1 nəfər ölüb.
Qəza zamanı ağır kəllə beyin travması alan 2016-cı il təvəllüdlü Qəhrəmanov Yusif Zamin oğlu xəstəxanada ölüb.
17:08
Hacıqabulda baş verən qəzada 5 nəfər xəsarət alıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. VAZ 2107 markalı avtomobil dönmə əməliyyatı zamanı sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobilin qarşısına çıxıb. Nəticədə VAZ 2107 markalı avtomobil yoldan çıxaraq restoranın qarşısında dayanan digər avtomobillərə çırpılıb. Qəza zamanı bir ailənin 4 üzvü-Sabirabad sakinləri, 2016-cı il təvəçlüdlü Qəhəmanov Yusif Zamin oğlu, 2018-ci il təvəllüdlü Qəhrəmanova Günel Vilayət qızı, 1996-cı il təvəllüdlü Qəhrəmanova Aminə Fikrət qızı, 1990-cı il təvəllüdlü Qəhrəmanlı Vilayət Rzaxan oğlu, Bakı sakini, 2016-cı il təvəllüdlü Sarıyev Elvin Elşən oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Daha 2 nəfər ambulator yardım alıb. Faktla bağlı araşdırma aparılır.
15:47
Hacıqabulda baş verən qəzada yaralananlar var.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. VAZ 2107 markalı avtomobil dönmə əməliyyatı zamanı sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobilin qarşısına çıxıb. Nəticədə VAZ 2107 markalı avtomobil yoldan çıxaraq restoranın qarşısında dayanan digər avtomobillərə çırpılıb. Qəza zamanı azyaşlı ağır yaralanıb, vəziyyəti kritikdir. Digər 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:141
Bu xəbər 02 Yanvar 2025 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















