Hacıqabulda “Diqqət uşaqlar“ devizi altında tədbir keçirildi FOTO
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təşkilatçılığı ilə 10 saylı tam orta məktəbdə “Yol hərəkəti qaydalarına riayət etmək təhlükəsizliyin qarantıdır” mövzusunda maarifləndirici görüş keçirilib.
Moderator.az xəbər verir ki, tədbirdə çıxış edən polis əməkdaşları keçirilən tədbirin əsas mahiyyətinin azyaşlıları yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etmək və onların iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısını almaq olduğunu bildiriblər.
Tədbir zamanı yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışılıb, nişanlardan düzgün istifadə qaydaları haqqında geniş məlumatlar verilib.
Tədbirin sonunda polis əməkdaşları tərəfindən şagirdlərə təhlükəsizlik qaydaları əyani şəkildə izah olunub, hərəkətin sıx və intensiv olduğu küçələrdə hərəkət edərkən daha ehtiyatlı olmalarının zəruriliyi çatdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 18 Sentyabr 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















