Hacıqabulda erkən nikah cəhdinin TƏFƏRRÜATI: Xəstə uşağımın arzusu idi, gəlinsiz məclis etdik
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Hacıqabul rayonunun Meyniman kəndində qarşısı alınan erkən nikah cəhdi ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
Belə ki, kənd sakini, 23 yaşlı oğlanın Qaraağac kənd sakini, 16 yaşına çatmayan qızla planlaşdırılan toy mərasimi dayandırılıb. Hadisə ilə bağlı oğlanın anası Validə Zərbalıyeva jurnalistlərə müsahibə verib.
Ananın sözlərinə görə, məqsəd erkən nikah deyil, xəstə övladının arzusunu yerinə yetirmək olub: "Oğlum üçün elçi getdik. Sonra məlum oldu ki, qızın sənədləri yoxdur. Ona görə bu işi dayandırdıq. Sadəcə, xəstə uşağımın arzusu var idi. Həkimlər ömrünün az olduğunu deyiblər. Qardaşının toyunu görmək istədiyi üçün gəlinsiz məclis keçirdik. Toy təzə başlayanda polislər bizə məlumat verdilər, məclisi dayandırdıq, hamı dağılışdı", - deyə o söyləyib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Hacıqabulda erkən nikah cəhdinin TƏFƏRRÜATI: "Xəstə uşağımın arzusu idi, gəlinsiz məclis etdik"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 21 Oktyabr 2025 00:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















