Icma.az
close
up
RU
Hacıqabulda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32 illiyi münasibəti ilə tədbir keçirildi FOTOLAR

Hacıqabulda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32 illiyi münasibəti ilə tədbir keçirildi FOTOLAR

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

21 noyabr 2024-cü il tarixində Hacıqabul rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32 illiyi münasibəti ilə tədbir keçirildi. Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın məsul əməkdaşları, idarə, təşkilat rəhbərləri və partiya fəalları iştirak edirdilər. 
Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə tər çiçəklər düzdülər. 
Daha sonra tədbir iştirakçıları tərəfindən Heydər Əliyev Mərkəzində hazırlanmış sərgi və eksponatlara baxış keçirildi. 
Tədbirdə Müasir Azərbaycan dövlətinin memarı, Yeni Azərbaycan Partiyasının banisi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək əvvəlcə tədbir iştirakçılarını təbrik etdi, daha sonra qeyd etdi ki, Ulu Öndərin siyasi kursunu uğurla, yaradıcılıqla, müasir dünyanın siyasi nəbzini tutmaqla davam etdirən ölkə prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev YAP-nın fəaliyyətinə böyük əhəmiyyət verir, partiya quruculuğunu və partiyanın inkişafını daim diqqət mərkəzində saxlayır, YAP-nı Azərbaycanın müasir tarixinin fenomeni hesab edir. Cənab Prezident dəfələrlə vurğulamışdır ki, dahi Heydər Əliyevdən sonra YAP-a rəhbərlik etmək onun üçün ən böyük məsuliyyət və ən böyük şərəfdir. Çünki YAP Heydər Əliyev siyasi məktəbidir, siyasi arenada Heydər Əliyev dəst-xətti, Heydər Əliyev üslubudur. Ulu Öndərin unikal fikir və düşüncələrini xalqa çatdıran, cəmiyyətə ötürən qüdrətli bir siyasi təşkilatdır. Azərbaycanı zəfərlərdən-zəfərlərə qovuşduran Yeni Azərbaycan Partiyası Heydər Əliyev irsinin tükənməz xəzinəsidir, Heydər Əliyevin həmişəyaşar, parlaq ideyalarının daşıyıcısıdır. Yeni Azərbaycan Partiyasının 32 illik yüksəliş yolu ölkəmizin yaxın keçmişinin şərəfli salnaməsidir, vətənə, xalqa, dövlətə xidmət nümunəsidir. 
Daha sonra çıxış edən YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov Yeni Azərbaycan Partiyasının keçdiyi 32 illik şərəfli və çətin yoldan söz açdı. Natiq bildirdi ki, dövlətçiliyimizi uca tutan, müstəqilliyimizi daimi, əbədi və dönməz olmasını təmin edən YAP Azərbaycanın siyasi palitrasında analoqu olmayan, rəqib tanımayan, alternativsiz siyasi güc mənbəyidir, monolit və avanqard siyasi təşkilatdır. Cəmiyyətdə böyük nüfuza malik olan, xalq tərəfindən dəstəklənən YAP müstəqil Azərbaycan dövlətinin sürətli inkişafının və yüksəlişinin rəmzidir. YAP gündən günə müasirləşən, yeniləşən güclü və qüdrətli Azərbaycanın qazandığı nailiyyətlərin bələdçisi, sükançısı, istiqamətverici siyasi istinadgahdır. Ölkəmizin nail olduğu hədəflərdə, əldə etdiyi uğurlarda YAP-nın və onun üzvlərinin özünəməxsus müstəsna rolu vardır. Ulu Öndər, zamanın və tarixin zirvəsinə yüksələn fenomen şəxsiyyət Heydər Əliyevin illər öncə söylədiyi “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” sözləri bu gün daha real, daha müasir səslənir, hələ uzun illər bundan sonra da öz aktuallığını qoruyub saxlayacaqdır. Çünki YAP Azərbaycanın şərəfli keçmişinin, uğurlu bu gününün və parlaq gələcəyinin, nurlu-işıqlı sabahlarının müəllifidir. 
Tədbirdə Rayon Ağsaqqallar Şurasının sədri, YAP veteranı Sahib Aslanov çıxış edərək bildirdi ki, xalqımızın Ümummilli lideri Heydər Əliyevin vətənimiz, xalqımız qarşısında göstərdiyi misilsiz xidmətlərindən biri müstəqil Azərbaycan dövlətinin xilaskarı, banisi olmaqdırsa, digər misilsiz xidməti onun YAP-nı yaratmasıdır. Başqa sözlə, Ulu Öndərin bir dahiyanə şah əsəri gündən-günə çiçəklənən, zənginləşən müstəqil Azərbaycan dövlətidirsə, digər unikal əsəri, bizə bəxş etdiyi möhtəşəm abidə Yeni Azərbaycan Partiyasıdır. YAP Azərbaycan vətəndaşlarına ən böyük xəzinəni, ən böyük sərvəti bəxş etmişdir. Bu sərvətin, bu nemətin adı ictimai-siyasi təhlükəsizlik və əmin-amanlıqdır. 











Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Noyabr 2024 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see525

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see248

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see240

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see240

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see228

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see225

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see223

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see222

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see212

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see207

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see204

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see201

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see199

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see193

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see173

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see170

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see169

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see168

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see166

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri