Hacıqabulda yol qəzası zamanı xəsarət alanların adları bilinib AZƏRTAC Video Azərbaycan Dövlət İnformasiya Agentliyi
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hacıqabul rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzasında xəsarət alan 7 nəfərin kimliyi bilinib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 15 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ-2107" və "Mercedes" markalı avtomobillərin toqquşması zamanı "VAZ-2107" idarəetmədən çıxaraq, yol kənarındakı "Hyundai Sonata", "Hyundai Tucson" və "KİA" markalı minik maşınlarına çırpılıb. Qəza nəticəsində Yusif Qəhrəmanov, Günel Qəhrəmanova, Aminə Qəhrəmanova, Vilayət Qəhrəmanov, Elgün Sarıyev, Elvin Sarıyev, Günel Sarıyeva müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, onlara təcili təxirə salınmaz tibbi yardım göstərilib, yaralılardan 3 nəfərin ağır vəziyyətdə olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 02 Yanvar 2025 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















