Icma.az
close
up
RU
Hacızadənin bəyanatı İrəvanı qarışdırdı: Türkiyəyə məxsus simvol ermənilərdən alınır?

Hacızadənin bəyanatı İrəvanı qarışdırdı: Türkiyəyə məxsus simvol ermənilərdən alınır?

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Bakının İrəvandan yeni tələbləri var, onlar Ermənistan Respublikasının gerbinin dəyişdirilməsini, daha doğrusu Ağrı dağı simovolunun çıxarılması şərtini irəli sürürlər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşrinin məqaləsində qeyd olunur.

Nəşr yazır ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Albaniyaya səfəri çərçivəsində Azərbaycan İctimai Televiziyasının suallarını cavablandırması erməni ictimaiyyətdə birmənalı qarşılanmadı. Paşinyan ATƏT-in Minsk qrupunun buraxılması üçün müraciətin sülh sazişinin imzalanması ilə eyni anda ediləcəyini bildirdi. O, həmçinin heç bir qonşu ölkəyə ərazi iddiasının olmadığını söylədi.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Paşinyanın çıxışlarına cavabı isə İrəvanda xüsusi maraq doğurub. XİN sözçüsü Ermənistan Konstitusiyasındakı bir neçə maddəyə diqqət çəkib. A.Hacızadə hətta 21-ci maddədə istinad olunan gerbin belə ərazi iddiasını əks etdirdiyini deyib. “Hraparak” bu məsələni Bakının İrəvandan yeni tələbi kimi dəyərləndirib.

Məqalədə qeyd olunur ki, baş nazir israrla vurğuladığı sülh müqaviləsi mətnindən qarşıdan gələn seçkilərdə təbliğat vasitəsi kimi istifadə etmək istəyir.

Qeyd edək ki, Ermənistan gerbi və himninin dəyişdirilməsi məsələsi bir müddət öncə həm Nikol Paşinyan, həm də Ermənistan parlamentinin spikeri Alen Simonyan tərəfindən qaldırılıb. Xüsusilə Simonyan gerbdən Ağrı dağının çıxarılmalı olduğunu bildirib. Paşinyan da bu dağın Ermənistan ərazisində yerləşmədiyini, o səbəbdən ölkənin simvolu kimi təqdimatının doğru olmadığını vurğulayıb.

Ermənilərin “Ararat” adlandırdığı Ağrı dağı Türkiyə ərazisində yerləşir.

Ayşən Mustafa
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 May 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri