Icma.az
close
up
RU
Haitidə qanlı basqın: 47 nəfər öldürüldü

Haitidə qanlı basqın: 47 nəfər öldürüldü

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Karib dənizində yerləşən ada ölkəsi Haitidə cinayətkar qrupun üzvlərinin bazar günü axşam saatlarında bazara basqın etdiyi bildirilib. Hücum nəticəsində azı 47 nəfər həyatını itirib, 22-dən çox insan yaralanıb.

Hadisə Haitinin paytaxtı Port-o-Prensdəki Kenscoff yaşayış məntəqəsində baş verib.

Kenscoff bələdiyyəsi meri Jan Massillonun sözlərinə görə, çətə üzvləri ərazidə evləri yandırıb və bəzi sakinləri öldürüb.

Birləşmiş Millətlər Təşkilatı (BMT) hücum nəticəsində ən azı 47 nəfərin öldüyünü, 22-dən çox şəxsin isə yaralandığını açıqlayıb.

Haitinin Baş naziri Aliks Didye Fils-Aimenin ofisindən yayılan açıqlamada bildirilib ki, təhlükəsizlik qüvvələri ən yüksək hazırlıq vəziyyətinə gətirilib və bölgəyə əlavə qüvvələr göndərilib.

Açıqlamada, "Kenscoff tərk edilməyəcək. Haiti quldurların əlinə verilməyəcək” ifadəsi işlədilib.

BMT-nin məlumatına görə, 2025-ci ilin əvvəlindən etibarən çətə hücumları nəticəsində 260-dan çox insan həyatını itirib, 200 ev dağıdılıb və ya yandırılıb, 3 minə yaxın sakin isə yaşadığı ərazini tərk etmək məcburiyyətində qalıb.

Həmin dövrdən sonra bölgədə daha azı 10 çətə hücumu həyata keçirilib.

Paytaxt Port-o-Prens və ətraf ərazilər son illərdə getdikcə daha çox cinayətkar qrupların nəzarəti altına keçib. Beynəlxalq ictimaiyyətin Haiti polisi qüvvələrinə dəstək vermək cəhdləri isə zorakı çətələri nəzarət altına almaqda yetərli nəticə verməyib.

BMT-nin məlumatına görə, təxminən 11 milyon əhalisi olan Haitidə hazırda 1,5 milyona yaxın insan ölkə daxilində didərgin vəziyyətə düşüb. Bundan əlavə, 5 milyondan çox insan ciddi ərzaq çatışmazlığı ilə üzləşir.

Qeyd edək ki, Amerika qitəsinin ən yoxsul ölkələrindən biri olan Haitidə uzun illərdir siyasi qeyri-sabitlik, korrupsiya, təbii fəlakətlər və çətə zorakılığı hökm sürür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 25 Avqust 2026 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see396

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see363

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see359

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see325

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see321

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see313

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see245

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see236

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see220

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see212

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see211

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see208

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see206

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see204

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see194

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see193

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see189

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see187

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri