Hakan Fidan: Bizim üçün Suriyanın ərazi bütövlüyünü qoruyub saxlamaq prioritetdir
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"Ərəb ölkələri Suriyanın yenidən qurulmasına kömək etmək üçün səyləri əlaqələndirmək məqsədi ilə birgə mexanizm yaratmalıdır".
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Suriya üzrə təşkil olunan toplantıda bildirib.
O bildirib ki, Suriya üçün bu kritik dövrdə bölgə ölkələri balanslaşdırıcı qüvvə kimi çıxış etməlidir.
"Biz səylərimizi daha səmərəli etmək üçün koordinasiya mexanizmi və ya müvafiq komitələr yarada bilərik. Biz Suriyada sanksiyaların götürülməli olduğu prioritet sektorları müəyyən etməliyik. Həmçinin bizim əsas prioritetimiz Suriyanın ərazi bütövlüyünü və birliyini qoruyub saxlamaq olmalıdır", - deyə Türkiyənin XİN rəhbəri vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 12 Yanvar 2025 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















