Hakan Fidan sabah BƏƏ yə səfər edəcək
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.
Moderator.az xəbər verir ki, bu barədə "TRT Haber" Türkiyə Xarici İşlər Nazirliyindəki (XİN) mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, səfər zamanı Türkiyə-BƏƏ münasibətləri, Körfəz regionundakı vəziyyət, Hörmüz və Bab-əl-Məndəb boğazlarında naviqasiya təhlükəsizliyi, eləcə də Qəzza və Yəmənlə bağlı regional məsələlər müzakirə olunacaq.
Görüşlərdə Türkiyənin BƏƏ ilə həmrəylik nümayiş etdirdiyi, münaqişələrin həllində kənar müdaxilələr əvəzinə, regional təşəbbüslərin gücləndirilməsinin vacibliyi vurğulanacaq.
Qəzza ilə bağlı sülh planının ikinci mərhələsinə keçid, humanitar vəziyyətin yaxşılaşdırılması və yenidənqurma işlərinə başlanması da müzakirə mövzuları arasında olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 27 Sentyabr 2026 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















