Hakan Fidan: Suriya ilə bağlı hər şey bizi birbaşa maraqlandırır!
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna üzrə Könüllülər Koalisiyasının iclasından sonra cari beynəlxalq məsələlərlə bağlı açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Ukraynadakı vəziyyətə toxunan nazir bildirib ki, Qara dənizin təhlükəsizliyi Türkiyə üçün strateji əhəmiyyət daşıyır:
“Qara dənizin təhlükəsizliyi, şübhəsiz ki, bu bölgədə ən böyük donanmaya malik NATO üzvü olan Türkiyə üçün təbii narahatlıq mənbəyidir”.
Rusiya–Ukrayna müharibəsi ilə bağlı danışan Fidan, davamlı sülhə yaxınlaşıldığını qeyd edib:
“Düşünürəm ki, dörd ildir davam edən bu müharibədə qalıcı sülhə olduqca yaxın bir mərhələdəyik. Ən azından sülh üçün vacib olan bəzi mövzuların qeyri-adi şəkildə müzakirə edildiyini görürük”.
Suriya məsələsinə də toxunan Türkiyə XİN rəhbəri vurğulayıb ki, Ankara bu istiqamətdə fəal diplomatik təmaslarını davam etdirir:
“Həm Suriya, həm də Amerika tərəfləri ilə davamlı məsləhətləşmələr aparırıq”.
Nazir Fidan bu açıqlamaları Parisdə keçirilən Ukrayna üzrə Könüllülər Koalisiyasının iclasından sonra Türkiyənin bu ölkədəki səfirliyində mətbuata verib. O, Parisdə intensiv diplomatik gün keçirdiyini, səfər çərçivəsində Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani ilə də görüşdüyünü bildirib.
Fidan qeyd edib ki, görüş zamanı regional proseslər müzakirə olunub və Türkiyə İsrail, Suriya və ABŞ arasında aparılan danışıqları yaxından izləyir.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 07 Yanvar 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















