Türkiyənin xarici işlər naziri Hakan Fidanın ŞKTCnə səfəri başa çatıb
Icma.az bildirir, Bizimyol portalına istinadən.
Bizimyol.info xəbər verir ki, Hakan Fidan prezident Ersin Tatar, TBMM sədri Ziya Öztürklər, baş nazir Ünal Üstel və xarici işlər naziri Tahsin Ərtoğruloğlunu ziyarət edib.
Baş nazirlikdə keçirilən görüşdə Baş nazirin müavini, Turizm, Mədəniyyət, Gənclər və Ətraf Mühit naziri Fikri Ataoğlu, Bayındırlıq və Nəqliyyat naziri Erhan Arıklı da iştirak edib.
Hakan Fidan Cümhuriyyət Türkiyə Partiyasının (CTP) sədri Tufan Erhürman və Xalq Partiyasının (HP) sədri Kudret Özersay ilə görüşüb, Cumhurbaşkanlığı və Cümhuriyyət Məclisinin binasına baxış keçirib.
Türkiyə Respublikasının Xarici İşlər Naziri Hakan Fidan Prezident Ersin Tatar ilə birgə mətbuat konfransında Kipr türklərinin məruz qaldıqları təcridin insanlığa qarşı səssiz cinayətə çevrildiyinə diqqət çəkib və bildirib ki, beynəlxalq ictimaiyyət Kiprin iki dövlətli statusunu hüquqi əsaslarla müəyyən etməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 11 Yanvar 2025 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















