Icma.az
close
up
RU
Lavrov və Fidanın Moskva danışıqlarında müzakirə edəcəyi əsas məsələlər açıqlanıb

Lavrov və Fidanın Moskva danışıqlarında müzakirə edəcəyi əsas məsələlər açıqlanıb

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla Moskvada Ukrayna ilə İstanbul danışıqlarından sonrakı vəziyyəti müzakirə edəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Türkiyə xarici işlər naziri Hakan Fidanın mayın 26-27-də Moskvaya səfəri öncəsi yaydığı bəyanatda bildirilib.

Həmçinin qeyd olunub ki, Lavrov və Fidan görüşdə Qara dənizdə gəmiçilik təhlükəsizliyi məsələsini də müzakirə edəcəklər. Bildirilib ki, illərin sınağından çıxmış balanslaşdırılmış və dinamik Rusiya-Türkiyə siyasi dialoqu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən müəyyən edilir. Ötən il ölkələrimizin liderləri Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının Astanada keçirilən iclası və Kazanda keçirilən BRİCS sammiti çərçivəsində şəxsən görüşüblər. 2024-2025-ci illərdə dövlət başçıları arasında 9 telefon danışığı baş tutub. Sonuncusu bu ilin mayın 11-də olub.

Dövlət başçılarının müəyyən etdiyi ritm Rusiya və Türkiyənin xarici işlər nazirləri tərəfindən dəstəklənir. Regional və beynəlxalq məsələlər üzrə sıx əlaqələri gücləndirmək üçün xarici siyasət qurumları arasında etibarlı və səmərəli qarşılıqlı fəaliyyət forması olduğunu sübut edən XİNlərarası məsləhətləşmələr keçirilir.

İkitərəfli əməkdaşlığın dinamikası parlamentlərarası əlaqələr tərəfindən fəal şəkildə dəstəklənir.

Qarşıdan gələn görüş zamanı nazirlər Cənubi Qafqaz, Liviya, Suriya və Qara dəniz regionunda mövcud işlərin vəziyyətini müzakirə edəcəklər. Onlar İstanbulda Rusiya-Ukrayna danışıqlarından sonra vəziyyətin inkişafı ilə bağlı ətraflı fikir mübadiləsi aparacaqlar. Qara dənizdə təhlükəsiz gəmiçilik mövzusu müzakirə olunacaq.

Rusiya və Türkiyə Suriyada vəziyyətin normallaşması prosesinə mühüm töhfə verir. Sergey Lavrov və Hakan Fidan Suriyanın yeni hakimiyyət orqanlarına ölkədə inklüziv siyasi dialoqun daha da qurulması və sosial-iqtisadi həyatın dinc məcraya qaytarılması üçün ardımın göstərilməsi məsələsinə diqqət yetirəcəklər.

Liviya istiqamətində əməkdaşlığın yaxşı təcrübəsi toplanıb. Liviya ilə bağlı türkiyəli həmkarlarımızla qurumlararası əlaqələri davam etdirmək əzmindəyik.

Cənubi Qafqazda əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən nəqliyyat əlaqələrinin və kommunikasiyaların açılması, regionun münaqişədən sonra yenidən qurulması məsələlərinin ətraflı araşdırılması planlaşdırılır. Rusiya və Türkiyə dinc və proqnozlaşdırıla bilən Cənubi Qafqazda maraqlıdır. Buna 3+3 Regional Əməkdaşlıq Platforması çərçivəsində birgə səylərlə nail olmaq olar. Moskva Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini alqışlayır.

Qərbin daimi təzyiqinin çətin şəraitində ikitərəfli ticarət-iqtisadi əməkdaşlıq ayrıca müzakirə mövzusu olacaq. Nazirlər bank xidmətlərinin təkmilləşdirilməsi və ölkələr arasında ticarətin şaxələndirilməsi üçün əlverişli mühitin yaradılması məsələlərinə diqqət yetirəcəklər. Onlar Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Rusiya-Türkiyə Birgə Hökumətlərarası Komissiyasının 19-cu iclasının məzmununu müzakirə edəcəklər.

Danışıqlarda Akkuyu Atom Elektrik Stansiyasının tikintisi, “Mavi axın” və “Türk axını” qaz kəmərlərinin istismarı mövzularına toxunulacağı gözlənilir.

Türkiyə vətəndaşlarımız üçün ən cəlbedici turizm məkanlarından biri olaraq qalır. 2024-cü ilin nəticələrinə görə rusiyalılar xarici turistlər arasında saylarına görə növbəti dəfə birinci yeri tutublar. Ölkəyə 6,7 milyon Rusiya vətəndaşı səfər edib ki, bu da ümumi turist axınının təxminən 12,7%-ni təşkil edib. Bu baxımdan ölkənin kurortlarında rusiyalıların təhlükəsizliyinin təmin edilməsinə ciddi diqqət yetiriləcək.

Rusiya tərəfi nazirlərin Moskvada keçiriləcək görüşünün iki dövlət arasında əlaqələrin dərinləşməsinə və daha proqnozlaşdırıla bilən regional təhlükəsizlik arxitekturasının formalaşmasına mühüm töhfə verəcəyini gözləyir",- deyə Rusiya XİN-nin bəyanatında bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 May 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri