Hakerlərin avqust ayı ərzində oğurladıqları kriptovalyutaların dəyəri açıqlandı
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avqust ayında 16 böyük müdaxilə nəticəsində hakerlər 163 milyon dollar dəyərində kriptovalyuta oğurlayıblar. Daha əvvəlki ay bu məbləğ 142 milyon dollar olub.
Oxu.Az RBK-ya istinadən xəbər verir ki, bu barədə "PeckShield" analitikləri məlumat yayıblar.
İtkilərə görə birinci yerdə bitkoinlərin naməlum sahibi olub. O, 91 milyon dollardan (783 BTC) məhrum olub.
İkinci yerdə Türkiyənin kriptovalyuta birjası "BTCTurk" gəlir. Ondan təxminən 50 milyon dollar dəyərində kriptovalyuta çıxarılıb.
İlk üçlüyü isə yeddi milyon dollar ziyanla "OdinFun" platforması tamamlayır.
"TRM Labs" analitiklərinin hesablamalarına görə, 2025-ci ilin birinci yarısında azı 75 müxtəlif müdaxilə və eksployt nəticəsində dəyəri 2,1 milyard dollardan çox olan kriptovalyuta oğurlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 02 Sentyabr 2025 04:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















