Hakim Azər Qasımlını şüşə arxasında saxladı
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İyulun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan siyasətçi Azər Qasımlının işi üzrə məhkəmə prosesi keçirilib.
Gununsesi.info xəbər verir ki, siyasətçi iclas boyu şüşə qəfəsdə saxlanılıb və hakim onun vəkilinin yanında oturmasına razı olmayıb.
İclasda Azər Qasımlının vəkili Aqil Layıc iştirak edib. O, cinayət işinə xitam verilməsi və ya Azər Qasımlının ev dustaqlığına keçirilməsi, Qasımlının şüşə kameradan çıxarılaraq məhkəmə zalında oturması ilə bağlı vəsatətlər verib.
Bundan başqa, vəkil maliyyə işi üzrə Mingəçevir Rayon Məhkəməsindən və Şəki Kommersiya Məhkəməsindən sənədlər və video görüntülərin məhkəməyə təqdim edilməsini, bəzi sənədlərin sübutlar siyahısından çıxarılmasını və əlavə şahidlərin cəlb edilməsini istəyib.
Hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə vəkilin verdiyi bütün vəsatətlər rədd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 02 İyul 2025 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















