Icma.az
close
up
RU
Hakimiyyət cəmiyyətin iradəsi ilə hesablaşmırsa, xalq diplomatiyası heç bir nəticə verə bilməz ŞƏRH

Hakimiyyət cəmiyyətin iradəsi ilə hesablaşmırsa, xalq diplomatiyası heç bir nəticə verə bilməz ŞƏRH

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Ermənistan ilə Azərbaycan arasında xalq diplomatiyası, sülh körpüləri və s. adlarla adlandırılan institutların fəaliyyətinə ehtiyac var. Əlbəttə, iki ölkənin, iki xalqın münasibətlərinin normallaşdırılmasının yalnız xalq diplomatiyası və ya ictimai diplomatiya hesabına dərhal baş verəcəyini düşünmək doğru olmaz". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.Onun sözlərinə görə, unutmayaq ki, burada söhbət 40-50 il bir-birinə qarşı düşmənçilik içərisində yaşamış və Azərbaycana qarşı ən murdar və ifrat formalarda təcavüz hərəkətlərinə yol vermiş bir toplumla, bir dövlətlə münasibətlərdən gedir: "Belə şəraitdə yalnız xalq diplomatiyası ilə hər şeyin birdən-birə düzələcəyini ümid etmək təbii ki, mümkün deyil. Ancaq bu diplomatiyanın, sülh körpüsünün qurulma üsulları çox önəmlidir. Zamanın seçilməsi burada çox əhəmiyyətlidir. Məsələn, xalq diplomatiyası həm sülh sazişinin imzalanmasına qədər, həm də imzalanmasından sonra vacib olacaq. Bu istiqamətdə ardıcıl və fasiləsiz addımlar atılmalıdır. Amma Ermənistanda hakimiyyət sülh sazişini imzalamağa meyilli olmadığı dövrdə xalq diplomatiyası faktiki olaraq təsirsiz qalır. Azərbaycan isə istər hakimiyyət, istər cəmiyyət səviyyəsində 30 illik təcavüz şəraitində yaşadığından, bu sazişin mümkün qədər tez imzalanmasında maraqlıdır. Amma Ermənistan cəmiyyəti və dövləti tarixən təcavüzkar tərəf olmuşlar və bu səbəbdən Azərbaycanla sülhü ürəkdən istəmələri real deyil.Əgər Ermənistan hakimiyyəti sülh iradəsini ortaya qoyarsa, o zaman xalq diplomatiyasının müsbət təsirindən danışmaq olar. Ermənistanda demokratik mühitin formalaşması da xalq diplomatiyasının uğur şərtlərindən biridir. Əgər hakimiyyət cəmiyyətin iradəsi ilə, rəyilə hesablaşmırsa, xalq diplomatiyası heç bir nəticə verə bilməz. Bu səbəbdən, Ermənistanda həm sülhə meyillənmə, həm də xalqın iradəsinə hörmət, bu cür diplomatiyanın uğurunu təmin edən əsas şərtlərdən sayılır. Sülh sazişi imzalandıqdan sonra da xalq diplomatiyasına ehtiyac qalacaq. Çünki dövlətlər arasında sənəd imzalansa belə, cəmiyyətlərin barışması prosesi ayrı bir mərhələdir və bu prosesin əsas vasitələrindən biri xalq diplomatiyasıdır.Xalq diplomatiyasını müxtəlif yollarla aparmaq mümkündür: media nümayəndələrinin görüşləri, QHT-lərin təmasları, siyasi partiya təmsilçilərinin dialoqları, ziyalıların forumları, virtual diskusiyalar, televiziya proqramları və sair. Burada yaradıcı yanaşma və təşəbbüslər də önəmlidir. Cəmiyyətlərin təmsilçiləri arasında mümkün qədər müxtəlif formalarda təmaslar təşkil edilməlidir. Bu işdə ilk növbədə Ermənistan maraqlı olmalıdır. Çünki əgər onlar Azərbaycanla sülh içində yaşamaq istəyirlərsə - baxmayaraq ki, Azərbaycan xalqına qarşı ağır cinayətlər törədiblər - diplomatiyanın bütün formalarının təşviqinə öncüllük etməlidirlər. Çünki Azərbaycan heç bir ölkəyə qarşı düşmənçilik siyasəti yürütmür və heç kimə qarşı ərazi iddiası yoxdur".

Müəllif: Ziya Hikmətoğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Noyabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see178

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see163

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see145

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri