Icma.az
close
up
RU
Hakimiyyət orqanlarının əlində yetərli səviyyədə əsaslar olmasaydı, bu cür sərt addımlar atılmazdı

Hakimiyyət orqanlarının əlində yetərli səviyyədə əsaslar olmasaydı, bu cür sərt addımlar atılmazdı

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


"Siyasi fəaliyyətlə məşğul olanların həbs olunmasını qətiyyən istəməzdim. Çünki bu sıxıntıları özümüz də vaxilə yaşadığımızdan, hər zaman cəmiyyətdə siyasi münasibətlərin və rəqabətin mədəni səviyyədə aparılmasını arzulamışam. Lakin düşünürəm ki, hakimiyyət orqanlarının əlində yetərli səviyyədə əsaslar olmasaydı, həm uzun müddət dövlət orqanlarında ən yüksək məqamlardn birinə sahib olmuş Ramiz Mehdiyevin dövlət əleyhinə fəaliyyəti ilə bağlı, həm də onunla radikal müxalifətçiliyin idolu kimi özünü təqdim edən Əli Kərimlinin əməkdaşlığı ilə bağlı məqamlar üzrə bu cür sərt addımlar atılmazdı".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Fazil Mustafa səsləndirib. Millət vəkili bildirib ki, hər halda istintaq orqanları bu cinayət işini hərtərəfli araşdırdıqdan sonra daha aydın mənzərə üzə çıxacaqdır:
"Sadəcə bir məqamı vurğulaya bilərəm ki, bu radikal müxalifətçiliyin gəlib çıxa biləcəyi proqnozlaşdırılan dalanlardan biridir. Barışmaz müxalifətçilik mövqeyindən durub mötədil müxalif siyasət kursu sərgiləyən bizlərə illərdir olmazın böhtan və şantaşlarını rəva görənlərin yenidən bir durum dəyərləndirməsinə ehtiyac var. Barışmaz deyibən hakimiyyətə qarşı hər cür düşmən ünsürlərlə birlikdə olmağa sıradan bir məsələ kimi yanaşanların indi dövlətə qarşı hər cür qüvvə ilə müttəfiqlikdə günahlandırılması da artıq ehtimaldan çox bir reallıq kimi qəbul oluna bilir. Dəfələrlə konkret irad bildirdiyimiz bir məsələni yenidən xatırladıram: Qərb demokratiyasını ideallaşdırb, Azərbaycanda liberal dəyərlərin bərqərar olması üçün mübarizə apardığını bəyan edən AXCP və ya Milli Şuranın dırnaqarası öndərlərinin İrançı teokratik totalitarizmi təbliğ edən və dünyəvi dövlətimizə qarşı cihadı ali məqsədinə çevirmiş Tale Bağızadənin dəfələrlə müdafiəsinə qalxmalarının izahını verən hələ ki, tapılmadı. İndi də qarşılaşılan situasiya bu məsələdən elə də fərqli deyildir. Artıq bundan sonrası illərdir yalançı hədəflərlə, vədlərlə aldatdıqları insanların öz düşüncələrinə yenidən baxmasına qalır".
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 30 Noyabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri