“Halonq” tayfunu Yaponiyanın İzu adalarına doğru hərəkət edir
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Pekin, 7 oktyabr, AZƏRTAC
“Halonq” tayfunu Yaponiyanın cənubundakı suların üzərindən qərbə doğru irəliləyir.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın meteoroloji rəsmiləri hazırda tayfunun saatda 15 kilometr sürətlə hərəkət etdiyini, onun mərkəzində isə küləyin sürətinin saatda 144 kilometrə çatdığını açıqlayıb. Proqnozlara görə, qasırğanın küləyinin sürəti saatda 198 kilometrə çata bilər.
Rəsmi qurumlar İzu adalarında əhaliyə güclü külək və dənizdə yüksək dalğalara qarşı ehtiyatlı olmaq barədə xəbərdarlıq edib.
Qeyd edək ki, son günlər Sakit okeanda bir-birinin ardınca bir neçə tayfun müşahidə olunub. “Raqasa”, “Bualoy”, “Matmo” adlı qasırğalar Çin, Filippin və Vyetnamda insan tələfatına və dağıntılara səbəb olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 07 Oktyabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















