HAMAS israilli girovları azad etməyə və Qəzzanın idarəçiliyini təhvil verməyə hazırdır
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
HAMAS hərəkatı Donald Trampın Qəzza sülh planına cavabını vasitəçilərə təqdim etdiyini təsdiqləyib.
APA xəbər verir ki, hərəkat anklavda saxlanılan bütün canlı israilli girovları azad etməyə və ölənlərin cəsədlərini təhvil verməyə hazır olduğunu bildirib.
“HAMAS ABŞ prezidentinin qeyd etdiyi plana uyğun olaraq və mübadilə üçün uyğun mühitin təmin edilməsi şərti ilə bütün canlı girovları azad etməyə və ölülərin cəsədlərini qaytarmağa razıdır”, - hərəkatın “Telegram” kanalında dərc olunan bəyanatda deyilir.
Hərəkat üzvləri bu məsələni müzakirə etmək üçün dərhal vasitəçilər vasitəsilə danışıqlara keçməyə hazır olduqlarını vurğulayıblar.
Təşkilat həmçinin Qəzzanın idarəçiliyini müstəqil siyasətçilərdən ibarət Fələstin hakimiyyətinə təhvil verməyə razı olduğunu açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 04 Oktyabr 2025 00:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















