Icma.az
close
up
RU
Hamı elə bilir, biz oturmuşuq, işimizi robotlar görür DİREKTOR

Hamı elə bilir, biz oturmuşuq, işimizi robotlar görür DİREKTOR

Icma.az, Modern.az saytına istinadən bildirir.

“İnsanlar elə fikirləşir ki, hansısa robot götürüb bizim işimizi görəcək. Süni intellektdən istifadə etməklə İnnovasiyalar İnstitutu ilə birlikdə proqram təminatı qurmuşuq. Bununla da, dilimizdə olan bütün söz bazasını, dildə olan sözlərin bunkerini hazırlamışıq. Bu işdə bizə “Xalq qəzeti”, “Azərbaycan qəzeti”, “Ədəbiyyat qəzeti” və respublikanın digər hörmətli qəzetlərinin köməyi olub. Süni intellektin köməyi ilə 520 milyon söz və söz formasının bunkerini yığmışıq. Bu, dil korpusunun yaradılmasının birinci mərhələsidir. Həmin sözlər arasında çıxdaş olunub, sözdüzəldici şəkilləri arayıb-axtarmışıq və 180 min sözümüz bu dəqiqə emal olunmuş şəkildə hazırdır. Biz hər həftə görüşürük, emal olunan sözləri də analiz edirik. Nümunə olaraq deyim ki, indiyədək çıxan lüğətlərin əksəriyyətində paronim sözlər yoxdur. Məsələn səbr və səbir var. Bəziləri düşünür ki, bu sözlərdən biri səhvdir, bəziləri eyniləşdirir, amma bunlar ayrı-ayrı sözlərdir”.

Bunu Modern.az-a açıqlamasında  AMEA-nın  Nəsimi adına Dilçilik İnstitutunun  direktoru, professor  Nadir Məmmədli bildirib.

Nadir Məmmədli vurğulayıb ki, lüğət kiminsə istəyi ilə hazırlana bilməz:

“Bu baxımdan biz süni intellekt vasitəsi ilə dildə olan sözlərin tezlik lüğətini də hazırladıq. Orada bir sözün neçə dəfə istifadəsi göstərilir. Burada böyük komanda çalışır. Bircə bizim burada canlı iştirakımız qalıb. İnsanlar bir-birinə söz deyəndə eşidir, ancaq əməl etməyə də bilir. Maşın isə tamamilə fərqlidir – o eşidir və əməl edir. Bu, Türk Dövlətləri Təşkilatı içərisində bir ilkdir. Əvvəllər kartiçkalardan istifadə olunur, sözlər bir-bir yığılırdı. Bizdə bu işi süni intellekt görür, bizim üzərimizə düşən isə yığılan sözlərin çeşidlənməsi və analizi olacaq. Çünki ola bilər ki, süni intellekt süni söz yaratsın. 180 min sözü bir-bir özümüz axtarıb tapsaq, bunun üçün bir ömür lazımdır. Məsələn çuvaş dilinin 17 cilddə izahlı lüğəti var, Azərbaycan dilinin isə 4 cild. Bu kitablar Əliheydər Orucov tərəfindən 40 ilə hazırlanıb. Biz isə lüğəti maksimum süni intellektlə 1 ilə hazırlaya bilərik. Orfoqrafiya lüğəti bizim şah əsərimiz olacaq. Bundan sonra isə orfoqrafiyanın nəzdində istənilən sayda lüğət buraxa bilərik - onun əsasında izahlı, orfoepik lüğət hazırlaya bilərik. Ən çətin işi indi görürük. Azərbaycan bütün Yaxın Şərqdə ilk dəfədir bu işi görür. AMEA-nın prezidenti yenilikçi biri olduğu üçün qərarımızı müsbət qarşıladı”. 
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Aprel 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri