Icma.az
close
up
RU
Hamı inanır ki, Tağıyevin adına layiq müəssisə yenidən işləyəcək

Hamı inanır ki, Tağıyevin adına layiq müəssisə yenidən işləyəcək

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xeyli vaxt idi ki, ora getməyi planlaşdırırdım. Hər dəfə hansısa bir bəhanə ilə bu  qərarımı gerçələşdirə bilmirdim. Evimiz kombinata yaxındır deyə, yolum bu hündür, qırmızı  divarların qarşısından tez-tez düşür.

Söhbət  illər öncə minlərlə işçisi olan, hazırda isə fəaliyyətini dayandırmış Qafqazın ilk parça toxuculuq fabriki olan Hacı Zeynalabdin Tağıyev adına tikiş kombinatından gedir. O kombinat  ki, vaxtilə burada 6000-ə yaxın işçi çalışıb və 140-150 milyon metr parça istehsal edilib.

Nəhayət, bu naxışlı darvazlardan içəri addım ata bildim. Həyətdə xeyli qurumuş ağac var idi. Öyrəndik ki, bu ağacların çoxusu Kombinatla yaşıddır. Bu qocaman çinarlar müəssisənin tarixinə şahidlik edən ən zəngin sübutlardır. Uzaqdan binanın  hansısa otaqlarından birində mişar, dəzgah səsləri eşidilirdi. Fabrikin həyətində arada  tək-tük cavan oğlanlar  görsənirdi, çox güman ki, onlar  sexlərdə çalışanlar idi.

Qapıdan içəri keçdikdə bəstəboy bir  kişi bizə   yaxınlaşdı. Bizi qarşılayan müəssənin direktor müavini Qasım Qasımov  idi. Qasım müəllimin sözlərinə görə, son illər bura  çox gəlib-gedən olur, ancaq içəri keçməyə icazə verməyiblər.  Söhbət əsnasında içəri bir nəfər daxil olur. Zahiri görünüşünə görə, Orta Asiyalılara bənzəyən bu hündürboy şəxsin müəssisənin direktoru Rafael Tağıyev olduğunu öyrənirik.

Direktorun qəbul otağına daxil oluruq. Rafael müəllim deyir ki, bu qocaman müəssisənin çox şərəfli və respublika iqtisadiyyatı üçün əhəmiyyətli tarixi vardır. Müəssisə yaranmamışdan əvvəl ölkəmizdə çox ciddi ipək problemi var idi, müsəlmanlar kəfən üçün bezi belə Rusiyadan alırdılar. O dövrdə bu vəziyyət Azərbaycanlı iş adamlarını, xüsusilə də Hacı Zeynalabdin  Tağıyevi bərk narahat edirdi. Ona görə də Bakıda toxuculuq fabriki tikmək qərarına gəlir. Həmin dövrdə Azərbaycanda pambıq olmasına baxmayaraq, kətan məhsulları istehsal edən fabrik yox idi.  Müəssisənin inşası üçün xarici memarlara müraciət olunur. Kombinatın binası memar polyak İ.Qoslavskinin layihəsi əsasında 1896-1899-cu illər ərzində tikilərək 1900-cü ildə istifadəyə verilib. Kombinatın damı elə  hazırlanmışdı  ki, hava açılanda fabrikin içi işıqlanır və əlavə işığa ehtiyac olmurdu. Yeri gəlmişkən, kombinat o dövrdə fəaliyyət kanalizasiya sistemi qurulan yeganə  müəssisə olub.

Müəssisənin direktorunun sözlərinə görə, fabrikin ərazisində işçilər üçün hər cür şərait yaradıldı: Mənzillər, klinika, fəhlə uşaqları üçün məktəb, uşaq bağçası inşa edilmiş, böyüklər üçün axşam kursları təşkil olunmuşdu.

Uzun illər respublikanın yüngül sənayesinə töhfələr verən bu müəssisə sovet ittifaqı dağılandan sonra çətinliklərlə üzləşdi, ancaq yenə də fəaliyyətini qoruyub saxlaya bildi.

Müstəqilliyini yenicə bərpa etmiş ölkəmizin ağır siyasi-ictimai dövrlərində, Birinci Qarabağ müharibəsinindavam etdiyi iqtisadi sarsıntılı günlərdə belə müəssisə öz istehsal gücünü tam qoruyub saxlamışdı,  6 min nəfər işçi 3 növbəli rejimdə yorulmadan çalışaraq bazarın tələbatını ödəməyə çalışırdı. İşçilərin sosial vəziyyəti də pis deyildi,  yüksək əməkhaqqı alınan müəssislərdən biri idi bura.

R.Tağıyev söhbət əsnasında  kombinatın adını daşıdığı böyük xeyriyyəçi Tağıyev barədə maraqlı bir hadisəyə də diqqət çəkir: “Günlərin birində fəhlələrdən birinin cibindən bir qəpik düşür və pulu götürmədən gedir. H. Zeynalabdin Tağıyev onu çağırıb qəpiyi götürməməyinin səbəbini soruşur. İşçi cavabında deyir ki, sizin verdiyiniz yüksək maaşın müqabilində mənim o bir qəpiyə ehtiyacım yoxdur. Tağıyev qəpiyi götürüb otağına gəlir, köməkçisinə tapşırır ki, bütün  işçilərin  maaşından 1 qəpik kəsilsin. O, işçilərdən tutduğu 1 qəpiyin hesabına böyük bir məktəb tikdirir, sonra həmin işçini  çağırıb deyir: “Bir qəpiyin qədrini bilməyən insan heç vaxt pulun qədrini bilməz”.

R. Tağıyev deyir ki, kombinat çətin günlərini yaşayanda ərazidə  başqa müəssisələr tikmək istədilər, ancaq onlar da yarımçıq qaldı. Bu ərrazidə  müxtəlif obyekt və müəssisə tikmək istəsələr də, mümkün olmadı.

H.Z.Tağıyev adına kombinat hazırda dövlət mülkiyyətində olan müəssisə kimi qalmaqdadır. İstehsal fəaliyyətini dayandırsa da, kombinatda hazırda kiçik bir sex fəaliyyət göstərir ki, bu da ehtiyacı olanlara müəyyən kömək edir.

Hər kəs vaxtilə minlərlə işçisi olan bu nəhəng fabrikin qapılarının öz işçilərinin üzünə yenidən açılacağı günü gözləyir. Hamı inanır ki, burada Hacı Zeynalabdin  Tağıyevin adına layiq yeni müəssisə yaradılacaq.

Havar Şəfiyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:237
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Fevral 2025 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri