Icma.az
close
up
RU
Hamilə qadın psixologiyası

Hamilə qadın psixologiyası

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hamiləlik hər qadın həyatının mühüm mərhələsidir. Bu mərhələni yaşayan hər qadın fizioloji dəyişikliklərə məruz qaldığı kimi psixoloji dəyişiklərə də uğrayır.

Hamilə qadın bu duyğuları eyni anda yaşadığına görə özünə dəstək axtarır. Nəticədə onun özünə olan güvəni aşağı düşür. Nəticədə onların bir qismində paranoidal hallar ortaya çıxır. Sevinc və narahatlığı eyni anda yaşayırlar. Yoldaşından yetəri qədər qayğı, sevgi görməyən hamilə bir qadın özünü boşluqda hiss edir.

Hamilə qadınların 80%-i çox həssas olurlar. Hormonal dəyişiklik hamilə qadında psixoloji narahatlığa səbəb olur. Bu səbəblə onlar daha həssas, daha əsəbi olur və onları narahat edən fikirlər ortaya çıxır. Normalda önəmsəmədiyi mövzuları böyüdərək daha dramatik hala gətirir. Bu səbəbdən yoldaşlarına onlara dəstək olmağı məsləhət görür və eləcə də bu dönəmin qısa bir zamanda keçəcəyi ona xatırladır. Ümumiyyətlə hamiləlik dövründə qadın 3 mərhələdən keçir:

0-3 ay – onlar uşağı hiss edə bilmədiyindən çox narahat olub, stress keçirirlər. Düşüklərin çoxu əsasən bu aylarda baş verir və təcrübəsiz ana daha narahat olur.

3-6 ay – uşaqda zehni mərhələnin inkişafının başladığı bir dönəmdir. Doğum öncəsi ana xarici dil öyrənmək, rəssamlıq və özfəaliyyətlə məşğul olsa uşaq o sənətə daha meyilli olar. Ana bu dönəmdə həzin musiqiyə qulaq assa, təbiət qoynunda zaman keçirib, quşların səsini dinləsə uşaq dünyaya gələndən sonra rahat yatacaq. Ana həyəcanlandıqda və qorxduqda həyacan, qorxu hormonları qana ifraz olunur və uşağa təsir göstərir.

6-9 ay – 7-ci aydan sonra uşaq xaricdən daxil olan səsləri eşidir və dünyaya gəldikdən sonra səsini eşitdiyi şəxsləri tanıyır. Ananın bədənindəki dəyişikliklər və doğumun yaxınlaşdığı dönəm gəlib çatır. Qadın özünü artıq qadın kimi yox bir ana kimi hiss edir. Evlilikdə ər-arvad rolları ana-ata rolları ilə əvəzlənir. Bu dövr çox önəmli və həssas dövrdür. Özəlliklə, ana qorxularını, narahatlıqlarını, təşvişini yoldaşı ilə paylaşmalıdır. Ana və ata ailə olaraq məsuliyyətlərini birlikdə öz üzərlərinə götürməlidirlər. Yoldaşının dəstəyini hiss edən qadın duyğusal olaraq özünəgüvəni yaranacaq. Ananın sağlam psixoloji durumu övladında əks olunacaq. Yoldaşının dəstəyi ilə birlikdə qadına anası, rəfiqəsi də dəstək olmalıdır. Bu mövzuda daha təcrübəli olan birindən dəstək almalıdır.

Ana bu duyğuları yaşarkən sakitləşmək üçün idman və ya müəyyən bir hobbi ilə məşğul olmalıdır. Bunlar: üzmək, şəkil çəkmək, gitara çalmaq, toxumaq və ya yeni yeməklər bişirməyi öyrənmək, özünə məşğuliyyət tapmaq hamiləliyin çətinliyini ona unutduracaq.

Hamilə qadınının özünə baxması bir qadın olaraq onu ruhlandıracaq. Bunun xaricində isə vaxtında yatmaq, normal qidalanmaq, ilıq düş qəbul etməklə özünə səmərəli zaman ayırmalıdır.

Fəridə Ağaverdiyeva

Pcc.az

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:286
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri