Icma.az
close
up
RU
Hamının izləməli olduğu 10 cinayət filmi

Hamının izləməli olduğu 10 cinayət filmi

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Cinayət hekayələri bizi həmişə valeh edib - səs-küy salan qətllərdən və fırıldaqçılıqlardan tutmuş siyasi qalmaqallara və kriminal imperiyalara qədər. Kinematoqrafiya və sənədli filmlər real hadisələri ekranda həyəcanverici hekayələrə çevirərək bu marağı daha da artırır.

Lent.az xarici mediaya istinadla hər bir janr həvəskarının izləməli olduğu real cinayətlərə əsaslanan ən yaxşı filmlərin siyahısını təqdim edir.

The French Connection, 1971

Tez-tez Nyu-York haqqında çəkilmiş ən yaxşı filmlərdən biri hesab edilən bu ekran işi, böyük bir beynəlxalq narkotik sxeminin real hadisələrinə əsaslanır. Detektivlər Cimmi "Popay" Doyl (Cin Hekmen) və Baddi Russo Fransadan Nyu-Yorka heroin daşınmasını araşdırırlar.

Film kino tarixinin ən həyəcanlı avtomobil təqibləri səhnələrindən biri ilə tanınır və səkkiz nominasiya üzrə "Oskar"a namizəd olub, o cümlədən "Ən yaxşı film" və "Ən yaxşı rejissor" kateqoriyalarında qalib gəlib.

Badlands, 1973

Terrens Malikin debüt filmi, 1958-ci ilin hadisələrindən ilhamlanaraq faciəvi bir qətl hekayəsindən bəhs edir. 15 yaşlı Holli (Sissi Speysek) atasını öldürən 25 yaşlı Kitt (Martin Şin) ilə birlikdə qaçır.

Orta Qərb boyu səyahət səssiz, lakin qorxulu cinayətlər seriyasına çevrilir. Film poetik vizual üslubla hekayənin dəhşətli reallığını birləşdirir.

Dog Day Afternoon, 1975

1972-ci ildə Bruklində baş vermiş uğursuz bank qarəti haqqında əfsanəvi hekayə - baş rolda Al Paçino ilə.

Rejissor Sidni Lümet sadə bir qarət cəhdinin polis, FTB və medianın iştirakı ilə necə milli qalmaqala çevrildiyini göstərir və baş qəhrəmanın gözlənilməz şəxsi motivlərini ortaya qoyur.

Goodfellas, 1990

Martin Skorsezenin Luçeze ailəsi mafiyasında qanqster Henri Hillin (Rey Liotta) yüksəlişi və süqutu haqqında epik dastanı.

Film Nikolas Pilecinin "Wiseguy" kitabı əsasında çəkilib və Robert De Niro, Co Peşi və Lorreyn Brakkonun parlaq rolları ilə janrın etalonu olaraq qalır.

Catch Me If You Can, 2002

Çekləri saxtalaşdıran və özünü pilot, hüquqşünas və həkim kimi qələmə verən xarizmatik fırıldaqçı kiçik Frenk Abiqneylin (Leonardo DiKaprio) hekayəsi.

Stiven Spilberq dinamik süjeti yumor və iti ağılla məharətlə birləşdirir, Tom Henks isə FTB agenti rolunda gərginliyi artırır.

Monster, 2003

Seriyalı qatil Eylin Vuornos haqqında bioqrafik dram onun qəddar hekayəsini dərin bir şəxsiyyət araşdırmasına çevirir.

Şarliz Teron və Kristina Riççi mürəkkəb, emosional cəhətdən güclü obrazlar yaradaraq zorakılığın, yoxsulluğun və tənhalığın faciəvi taleyi necə formalaşdırdığını göstərirlər.

Zodiac, 2007

Devid Finçer tamaşaçını 1960-1970-ci illərdə San-Fransiskonu dəhşətə gətirən seriyalı qatil Zodiakın sonsuz ovuna aparır.

Ceyk Cillenhol, Robert Dauni (kiçik), Mark Ruffalo və Entoni Edvards təhqiqatı müxtəlif tərəflərdən araşdıraraq gərginlik və qeyri-müəyyənlik atmosferinə qərq olurlar.

Spotlight, 2015

Boston Katolik Kilsəsindəki sistemli zorakılığın jurnalist araşdırması haqqında film. "The Boston Globe" qəzetinin komandası keşişlərin cinayətlərinin geniş miqyaslı gizlədilməsini ifşa edərək, jurnalistlərin səmərəli əməyinin həqiqətə necə gətirib çıxardığını göstərir.

BlacKkKlansman, 2018

Ku-Kluks-Klana sızan ilk qaradərili detektiv Ron Stollvort (Con Devid Vaşinqton) haqqında satira və dramın qarışığı. Onun yəhudi ortağı Ronun adından Klanın görüşlərinə qatılır.

Yumor və sosial alt mənanı birləşdirən film "Ən yaxşı adaptasiya olunmuş ssenari" nominasiyasında "Oskar" qazanıb.

Judas and the Black Messiah, 2021

1960-cı illərdə Uilyam O’Nilin (LaKit Stenfilld) "Qara Panteralar" partiyasının İllinoys şöbəsinin lideri Fred Hemptona (Daniel Kaluuya) xəyanəti haqqında bioqrafik dram.

Film Hemptonun qətli ilə nəticələnən siyasi intriqa hekayəsini güclü aktyor işləri və gərgin süjetlə təqdim edir.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Aprel 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri